Azerspace-1 üzərindən daha bir kanal yayıma başladı

28-01-2016 / 11:54

Azərkosmos Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən The Georgian Public Broadcasting (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.

Xeberler.az-ın məlumatına görə, müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən 2TV ictimai kanalı artıq Azerspace-1 peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500  tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, 2TV kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55 faizi tərəfindən izlənilən bu kanal vasitəsilə  gürcü dilində, əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.
  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə