Previous Next
Bağla

DATA Mərkəz yaxın günlərdə istifadəyə veriləcək

29-09-2015 12:50
DATA Mərkəz yaxın günlərdə istifadəyə veriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) AzİnTelecom MMC tərəfindən inşa edilən DATA Mərkəz Respublikamızda və bütövlükdə Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəz olaraq yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

RYTN-nin Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a  verilən məlumata görə, bu günlərdə MHM-in rəhbərliyi və qrup mütəxəsssislər texnoloji infrastrukturla yaxından tanış olmaq üçün AzİnTelecom MMC-nin DATA Mərkəzinə səfər edib.

Respublikamızda DATA Mərkəzin yaradılmasının başlıca amilləri:

Ölkəmizdə İKT sahəsinin artan xətlə inkişaf etməsi, çoxsaylı informasiya resurslarının və xidmətlərinin yaradılması, onlardan istifadənin genişlənməsi və texnologiyaların inkişafından irəli gələn məlumat tələbatının çoxalmasıdır. Digər bir amil isə ölkəmizin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi və dünyada informasiya həcminin gündən-günə artmasıdır.

Regionda fəaliyyət göstərəcək, məlumatların emalı və saxlanılmasını təmin edəcək DATA Mərkəz ABŞ-ın Uptime İnstitute təşkilatı tərəfindən uğurla test sınaqlarından keçərək Tier III səviyyəsinə uyğun beynəlxalq sertifikatını əldə edib.

Qeyd edək ki, DATA Mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaqdır. Regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlb edilməsinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin DATA Mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bundan başqa, Data Mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb olunan PCİ DSS standartının tətbiqi əsas hədəf kimi qarşıya qoyulur.

Tier III səviyyəli DATA Mərkəzlərdə iş fəaliyyəti 99,982 % etibarlılıq səviyyəsi ilə təmin olunur və il ərzində yol verilə bilən dayanma vaxtı 1,6 saat təşkil edir. Bütün bunlar texniki şərtlərdə nəzərə alınıb, mühəndis altsistemləri rezervasiya olunub. Mərkəzin Tier III səviyyəsində qurulması bugünkü reallığa cavab verir. Tier III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi və ehtiyat telekommunikasiya infrastrukturu daxildir.

AzİnTelecom MMC-nin Şəbəkə Texnologiyaları şöbəsinin rəisi Füzuli Məlikovun sözlərinə görə, hazırda bir sıra böyük yerli və xarici şirkətlər DATA Mərkəzə İT-infrastrukturlar yerləşdirməkdə maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır.

Füzuli Məlikov onu da bildirib ki, “Sifarişçilər arasında bölüşdürüləcək resurslar artıq planlaşdırılıb”. Məlumat emalı mərkəzi ümumi sahəsi 1000 kv. m, kollokasiya sahəsi 462 kv. m olan sahədə yaradılıb. Server rəflərinin sayı 56 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 GbE təşkil edir. Tələbatdan asılı olaraq, gələcəkdə DATA Mərkəzin gücünün artırılması nəzərdə tutulur.

Füzuli Məlikov bildirdi ki, bu günə qədər ölkəmizdə belə bir mərkəz olmadığından hər bir böyük müəssisənin əgər belə demək mümkünsə özünə məxsus DATA Mərkəz-i vardır. Əlbəttə ki, təhlükəsizlik baxımından o qədər də güvənli və əlverişli olmayan bu mərkəzlərdə bir neçə İT mütəxəssisləri, sistem adminstratorları və s. çalışırlar. Bu isə müəyyən maliyyə itkisinə səbəb olur.

Texnoloji innovasiyaları özündə əks etdirən bu Data Mərkəzdə informasiyanı yerləşdirmək müəssisəyə daha rahat, çevik və daha ucuz qiymətə başa gələcəkdir. Qiymətlər isə enerji sərfiyyatına, avadanlıqların amortizasiyasına və rəfin tutduğu yerə görə tənzimlənəcəkdir. Ümumiyyətlə, Mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə ediləcəkdir. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi təmin ediləcəkdir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyinin məlumatların qorunması ilə ciddi tələbləri sayəsində müştərilərə məlumatların toxunulmazlığına dair tam zəmanət verilir. Nəzarət sistemi və serverlərin idarə edilməsi 3 növbəli iş rejimi 7/24 olmaqla bütün sutkanı əhatə edəcək.

DATA Mərkəzin resurslarından telefon operatorları, maliyyə təşkilatları, kiçik və orta sahibkarlıq subyektləri və eləcə də müxtəlif təşkilatlar informasiyanın qorunması və saxlanması üçün istifadə edə bilərlər. Emal prosesində hər hansı bir məlumatın sızmaması, ümumilikdə kənar müdaxilələrdən qorunmasının vacibliyi isə öz növbəsində informasiya təhlükəsizliyi məsələsinə diqqətin artırılmasını aktuallaşdırır. Bu baxımdan, Mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) məhz DATA Mərkəzlər üçün müəyyən etdiyi İSO/İEC-27001 informasiya təhlükəsizliyi standartına cavab verməlidirlər. Bu istiqamətdə də müvafiq təşkilatla işlər davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, hər DATA Mərkəz maliyyə tranzaksiyalarının uğurla aparılması üçün zəruri olan bu tələblərə cavab vermək iqtidarında olmur.

Regional DATA Mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlb olunmasına xidmət edəcək. Dünya üzrə iri İT xidmətləri provayderlərinin bu DATA Mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək.

Layihə İKT sahəsində güclü infrastrukturun qurulmasına yönəlib. Bundan başqa DATA Mərkəzin yaradılması yeni iş yerlərinin açılmasına imkan verəcək. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DATA mərkəzinin sertifikatlaşdırılma mərhələsinə başlanılır

DATA mərkəzinin sertifikatlaşdırılma mərhələsinə başlanılır

10-08-2015
“DATA Mərkəz maliyyə itkisini aradan qaldıracaq”

“DATA Mərkəz maliyyə itkisini aradan qaldıracaq”

29-09-2015
Data Mərkəz istifadəyə tam hazırdır

Data Mərkəz istifadəyə tam hazırdır

23-10-2015
“Data Mərkəz” necə olacaq?

“Data Mərkəz” necə olacaq?

10-04-2015
DATA-mərkəzin istismara veriləcəyi tarix açıqlanıb

DATA-mərkəzin istismara veriləcəyi tarix açıqlanıb

09-06-2015
Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019
Ceyhun Əliyev: Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

Ceyhun Əliyev: Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

12-03-2019
Azərbaycanda regionun ən böyük DATA-mərkəzi istismara veriləcək

Azərbaycanda regionun ən böyük DATA-mərkəzi istismara veriləcək

09-07-2015
Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

10-04-2015
Nazir DATA-mərkəzin istismara veriləcəyi tarixi açıqlayıb

Nazir DATA-mərkəzin istismara veriləcəyi tarixi açıqlayıb

07-08-2015
Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

03-09-2015
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021
DATA Mərkəz nə zaman istifadəyə veriləcək?- Açıqlama

DATA Mərkəz nə zaman istifadəyə veriləcək?- Açıqlama

07-06-2016
Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

Azərbaycanda iri innovasiya mərkəzi tikiləcək

18-05-2018
Regional DATA mərkəzin sertifikatlaşması yekunlaşır

Regional DATA mərkəzin sertifikatlaşması yekunlaşır

17-09-2015
 “Data mərkəzlərin sayının artırılmasına ehtiyac var”

“Data mərkəzlərin sayının artırılmasına ehtiyac var”

24-08-2015
Azərbaycanda daha iki Data mərkəz tikilir

Azərbaycanda daha iki Data mərkəz tikilir

20-09-2019
Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022
“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020
 İnternetin qiyməti aşağı düşə bilər

İnternetin qiyməti aşağı düşə bilər

12-04-2015
Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

14-07-2016
DATA Mərkəz gələn ay fəaliyyətə başlayacaq

DATA Mərkəz gələn ay fəaliyyətə başlayacaq

20-05-2009
DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

18-05-2015
Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət mərkəzi yaradılacaq

Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət mərkəzi yaradılacaq

22-08-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə