Previous Next
Bağla

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019 17:23
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

2019-cu ilin üçüncü rübünün nəticələrinə görə, DDoS hücumlarının sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 32%, bu ilin ikinci rübü ilə müqayisədə isə 30% artıb. Bu nəticəyə “Kaspersky” şirkəti “Kaspersky DDoS Protection” həllinin fəaliyyətini təhlil edərkən gəlib.
 
Xeberler.az bildirir ki, rübün ən pik göstəricisi sentyabr ayında olub - 30 gün ərzində bütün DDoS rübluk hücumlarının 53%-i qeydə alınlb. Sentyabr hücumlarının 60% təhsil sektoru ilə əlaqəli mənbələrə, yəni, elektron gündəliklər, təhsil müəssisələrinin veb saytlarına yönəldilib. Səbəb isə aydındır - şagirdlər məktəbə qayıdıb və çox güman ki, hücumları da onlar təşkil edib.
 
DDoS “həvəskarlarının” 2019-cu ilin üçüncü rübündə aktivləşməsi, son üç ay ərzində texniki cəhətdən daha mürəkkəb və daha çox ixtiraçılıq tələb edən “ağıllı” hücumların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
 
“İl ərzində ilk dəfə olaraq, üçüncü rübdə “ağıllı“ hücumların artımını müşahidə etmədik, hətta əksinə, onların ümumi sayının azaldığını gördük. Bir tərəfdən bunun səbəbi müsbət ola bilər, məsələn DDoS bazarının kifayət qədər doyması və artıq artmaması. Ötən illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, dördüncü rübdə bütün göstəricilərdə artım qeydə alınacaq, həm ümumi, həm də “ağıllı“ hücumların sayında, çünki ilin sonu kommersiya fəaliyyətinin eləcə də, kriminal fəaliyyətin aktivləşməsinə səbəb olan tətil mövsümüdür”, - bunu “Kaspersky DDoS Protection”ın Rusiyada inkişafı üzrə meneceri Aleksey Kiselyov deyib.
 
Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübü nisbətən sakit keçdi, yüksəlişlər və enişlər yalnız iyul ayında müşahidə edildi. Ən yüksək göstərici iyulun 22-si oldu. Həmin gün DDoS hücumlarının sayı 457-yə çatmışdır. Cəmi 65 hücumun qeydə alındığı ən sakit gün avqust ayının 11-i oldu. DDoS baxımından ən təhlükəsiz bazar günləri sayılır (həmin gün hücumların 11% qeydə alınıb). Hücumların statistik əksəriyyəti bazar ertəsi baş verib (18%). Nəhayət, son rübün ən uzunmüddətli hücumu 279 saat (11,6 gün) davam edib və Çin provayderinə qarşı yönəldilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
DDoS hücumlar güclənir

DDoS hücumlar güclənir

27-04-2016
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
Kiberhücumların aşkarlanması metodları öyrənilir

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017
Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025
Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026
ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026
Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

30-09-2020
Dünyada kiberhücumların sayı artıb

Dünyada kiberhücumların sayı artıb

30-08-2021
Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017
Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

09-12-2021
 Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə