Previous Next
Bağla

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021 16:33
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky DDoS Protection-un məlumatına görə, 2021-ci ilin birinci rübündə qeydə alınmış DDoS hücumlarının sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29% azalıb, lakin eyni ilin dördüncü rübünə nisbətən 47% artıb. Bu artım ilin ilk üç ayında qeydə alınan bütün hücumların 43%-nin baş verdiyi yanvar ayında müşahidə olunan qeyri-adi aktivliklə əlaqədardır.

2021-ci ilin əvvəlində bir çox şirkət hələ də uzaqdan işləyir və vaxtın çoxunu evdə keçirirdi. Bu səbəbdən də hücumlar istifadəçilər tərəfindən xidmətlərinə ən çox ehtiyac duyulan təşkilatlara, məsələn, rabitə provayderləri və oyun platformaları kimi ən çox tələb olunan resurslara qarşı təşkil edilib. Bu, müştərilərin internetə qoşulmasında problemlər yaradıb. Bununla belə, bu cür mənbələrin davamlı olaraq təcavüzkarların diqqətinda olmasına baxmayaraq, DdoS hücumları ilə bağlı vəziyyət düzəlməkdədir.

Kaspersky mütəxəssisləri hücumların sayının azalmasını 2020-ci ilin əvvəlindəki anormal aktivliklə əlaqələndirirlər. Uzaqdan iş rejiminə kəskin kütləvi keçid sayəsində əvvəllər yalnız təşkilat daxilində olan korporativ VPN şlüzləri və poçt və ya məlumat bazaları kimi veb mənbələri DDoS hücumlarının hədəfinə çevrilib. Ötən il ərzində əksər müəssisələr lazımi təhlükəsizlik həllərini quraşdırıb. Nəticədə, korporativ veb resurslarına edilən hücumların daha az təsirli olduğu və sayının azaldığı görünür. 2021-ci ilin fevral və mart aylarına qədər DDoS hücumlarının sayı pandemiya öncəsindəki səviyyəyə qayıdıb.

2021-ci ilin yanvar ayı DDoS hücumlarının sayı baxımından önə çıxır. Bu, əmr və idarəetmə serverlərindən gələn bot siqnallarını ələ keçirən və təhlil edən Kaspersky DDoS Intelligence sisteminin statistikasında əks olunub. Məsələn, 10 və 11 yanvar tarixlərində qeydə alınan hadisələrin sayı 1800-ü, eyni ayın bəzi günlərində isə 1500-ü keçib.

“Ümumilikdə, 2021-ci ilin birinci rübü, DDoS-un yanvar ayındakı aktivliyindəki sıçrayış istisna olmaqla, olduqca sakit keçib. Buna bəzi kiber cinayətkarların yoluxmuş cihazları botnetlərə yönəltməyə məcbur edən kriptovalyuta qiymətlərinin düşməsi səbəb ola bilər: mədənçilik (mayninq) əvəzinə onlar arzuolunmaz trafikin göndərilməsi ilə məşğul olublar. Birinci rübdə DDoS hücumlarının sayının azalmasına baxmayaraq, veb resursların bu cür hücumlardan qorunmasını təmin etməyi tövsiyə edirik: gördüyümüz kimi, maddi motivlər əsasında hərəkət edən təcavüzkarlar şəraitdən asılı olaraq taktikalarını asanlıqla dəyişə bilərlər,” deyə Kaspersky DDoS Protection-un MDB üzrə biznesin inkişafı meneceri Aleksey Kiselyov bildirib.

Kaspersky DDoS hücumları və onların nəticələri ilə uğurla mübarizə aparan təbdirləri xatırladır:

1. sayt dəstəyini analoji insident hallarında nə tətbiq etmək lazım olduğunu bilən mütəxəssislərə etibar etmək;

2. internet provayderləri də daxil olmaqla, təchizatçılarla razılaşmaları və əlaqə məlumatlarını diqqətlə yoxlamaq. Bu, komandaya hücum anında lazımi məlumatları tez əldə etməyə kömək edər;

3. DdoS-dan müdafiə üçün ixstisaslaşmış korporativ həllər tətbiq etmək. Məsələn, Kaspersky DDoS Protection real vaxt rejimində trafikin monitorinqini təmin edir və istənilən həcmdə hücumu effektiv şəkildə dəf edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015
DDoS hücumlar güclənir

DDoS hücumlar güclənir

27-04-2016
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
 Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016
Kiberhücumların aşkarlanması metodları öyrənilir

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017
Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026
Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025
Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

30-09-2020
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021
AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə