Previous Next
Bağla

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022 11:54
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kaspersky-nin məlumatına görə 2022-ci ilin ikinci rübündə DDoS hücumlarının orta davamlılıq müddəti əhəmiyyətli dərəcədə artaraq 3000 dəqiqəyə (təxminən iki günə) çatıb.

Xeberler.az bildirir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yüz dəfə çoxdur. Bir çox hücumlar günlərlə və hətta həftələrlə davam edib: eyni rüb üçün rekord 41,441 dəqiqə və ya təxminən 29 gündür. Bəzi resurslar demək olar ki, davamlı olaraq hücuma məruz qalıb.

İkinci rübdə müşahidə olunan əsas tendensiya, xüsusiyyətləri və zəiflikləri nəzərə alınmaqla, müəyyən bir resursu hədəf alan çoxsaylı hədəfli hücumlardır. Bunlar hücum edənlərdən yüksək peşəkarlıq və geniş bilik tələb edən çox bahalı, mürəkkəb hücumlardır. İkinci rübdə ağıllı hücumların payı demək olar ki, 50%-ə çatıb ki, bu da rekorda yaxınlaşmaq deməkdir. Sonuncu dəfə bu rəqəm təxminən dörd il əvvəl bu qədər yüksək olub.

Ümumilikdə, Kaspersky həlləri 2021-ci ilin aprel-iyun ayları ilə müqayisədə təxminən 2,5 dəfə çox DDoS hücumunu dəf edib.

“Uzun müddətli hücumu həyata keçirmək, xüsusən də əgər o, təsirsizdirsə və müdafiə həllərinin süzgəcinə ilişirsə, çox baha başa gəlir. Botların daimi zərərli fəaliyyəti fiziki aşınma və ya botnet qovşaqlarının yaxud birbaşa idarəetmə mərkəzinin özünün aşkarlanması riskini artırır. Bu cür hücumların arxasında kimin dayandığı, onları kimin maliyyələşdirdiyi ilə bağlı suallar meydana çıxır”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Aleksandr Qutnikov bildirib.

“DDoS hücumları mövzusu Azərbaycan üçün yenidən aktualdır: bu ilin avqust ayının əvvəlində maliyyə, təhsil və dövlət qurumlarına, eləcə də KİV-lərə irimiqyaslı kiberhücumlar qeydə alınıb. Bu şəraitdə fəal hərəkət etmək, davamlı trafik təhlili aparmaq, mümkün hücumları vaxtında aşkar etmək və onların nəticələrini yumşaltmaq üçün tədbirlər görmək lazımdır. Effektivlik, sürət və qabaqcıl kibermüdafiə həlləri DDoS hücumlarına qarşı mübarizədə əsas köməkçilərdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əlavə edib.

Adətən, yaya qədər DDoS hücumlarının sayında azalma olur, lakin bu dəfə birinci rübün sonundakı azalmadan sonra botnet aktivliyi durmadan artıb və iyun ayında aprel ayına nisbətən nəzərəçarpacaq dərəcədə yüksək olub. Bu, çox güman ki, adətən DDoS hücumlarının sayının artmasına təkan verən kriptovalyuta bazarının çöküşü ilə əlaqədardır.

“Terranın (Luna) qiymətinin ildırım sürətli enişi ilə başlayan kriptovalyutaların çöküşü sürətlənməkdədir. Müxtəlif amillər bu tendensiyanın davam edəcəyini göstərir: məsələn, kriptovalyuta mədənçiləri öz fermalarını bazar oyunçularına aşağı qiymətlərlə satmağa başlayıblar. Yaxın gələcəkdə DDoS bazarında artım gözləmək tamamilə məntiqlidir”, - Qutnikov izah edib.

İkinci rüb üzrə DdoS hücumları haqqında tam hesabatı buradan oxuya bilərsiniz: https://securelist.ru/ddos-attacks-in-q2-2022/105674/.

Genişmiqyaslı DDoS hücumlarına effektiv müqavimət göstərmək və resurs çatışmazlığının qarşısını almaq üçün Kaspersky mütəxəssisləri aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

  • sayt dəstəyini bu cür hadisələr zamanı nə edəcəyini bilən mütəxəssislərə həvalə edin;
  • təchizatçı müqavilələrini və əlaqə məlumatlarını, o cümlədən internet xidməti provayderləri ilə müqavilələri diqqətlə nəzərdən keçirin. Bu, şirkət işçilərinə hücum zamanı lazım olan məlumatları tez bir zamanda əldə etməyə kömək edəcək.;
  • trafiki davamlı olaraq təhlil edən, mümkün hücumlar barədə xəbərdar edən, trafiki təmizləmə mərkəzlərinə yönləndirən və təmizlənmiş trafiki şəbəkəyə qaytaran xüsusi təhlükəsizlik həllərindən istifadə edin;
  • həyati vacib biznes xidmətlərini bərpa etməyə hazır olmaq üçün bu cür hücumlardan qorunmağı təmin edəcək ehtiyat plan hazırlayın.

* Məlumat istifadəçilərin resurlarına yönələn və Kaspersky DDoS Protection tərəfindən dəf edilən hücumların statistikasına əsaslanır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017
DDoS hücumlar güclənir

DDoS hücumlar güclənir

27-04-2016
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
 Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015
ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026
Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026
Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025
Kiberhücumların aşkarlanması metodları öyrənilir

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə