Previous Next
Bağla

Delta Telecom yeni portal istifadəyə verir

18-09-2017 14:44
Delta Telecom yeni portal istifadəyə verir

Azərbaycanın aparıcı telekommunikasiya şirkəti və ən böyük rabitə operatorlarından biri Delta Telecom yeni platforma yaradıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, şirkət tərəfindən yaradılmış “Özəl Bulud” Lenovo Converged HX5500 məhsul xəttinə əsaslanan, əsas və köməkçi - iki klasterin işə salınmasını nəzərdə tutur, miqyaslama məsələsində isə hər hansı məhdudiyyətə tabe tutulmur.

Qeyd edilib ki, IaaS istifadəçiləri üçün təkmilləşdirilmiş və rahat idarəetmə sisteminə malik portal xidmətə veriləcək. Həmin portalda istifadəçilər müstəqil şəkildə resursları əldə edə biləcək, bu resurslardan bulud daxilində sərbəst idarə edəcəklər.

Şirkət “Özəl Bulud” - IaaS (Infrastructure as a Service) platformasını Lenovo və Nutanix məhsulları üzərində qurub.

Xatırladaq ki, korporativ bulud hesablamaları sahəsində aparıcı yer tutan Nutanix şirkəti bu yaxınlarda Google Cloud ilə strateji alyans quracağını elan edib.

Sazişə əsasən, Google və Nutanix şirkətləri Nutanix və Google Cloud Platform (GCP) mühitlərini birləşdirərək özəl bulud arxitekturalarının və miqyaslanan ictimai bulud mühitlərinin ən üstün xüsusiyyətlərindən yararlanaraq hibrid həllərin quruluşu və istismar edilməsi sahəsində birgə səy göstərəcək.

 Konsepsiyanın əsasını Lenovo fiziki serverləri bazasında aparılan paylaşılmış hesablamalar təşkil edir. Bu texnologiya kəsişən platformalar həllərindən artıq bugün istifadə etməyə imkan yaratmaqla yanaşı, bazarda mövcud olan 4 hipervizoru, virtual maşınların avtomatik miqrasiyasını, müxtəlif nəsillərə aid serverləri və bir çox əməliyyat sistemlərini dəstəkləyir.

2018-ci ilin ilk rüblüyündən etibarən Nutanix həllərindən istifadə edən korporativ müştərilər ənənəvi və bulud tətbiqləri arasında miqrasiya həyata keçirə, öz məlumat emal mərkəzlərini GCP-də genişləndirə, habelə hər iki mühitdə konteynerləri qısa müddət ərzində işə hazır vəziyyətə gətirə biləcəklər.

Məlum olduğu kimi, hazırda mürəkkəb məsələlərin həllində, eləcə də hesablama resurslarının planlaşdırılmasında İT departamentlərinin köməyinə tam avtomatlaşdırma, habelə Nutanix proqram təminatına daxil edilən süni intellekt gəlir.

Bununla yanaşı, söhbət tam avtomatlaşdırılmış, insan faktorundan demək olar ki, heç asılı olmayan sistemdən gedir. Mövcud texnologiya məlumat emal mərkəzlərini cəmi bir neçə saat ərzində işə hazır vəziyyətə gətirməyə, kapital və əməliyyat xərclərini azaltmağa, IT infrastrukturasının idarə edilməsini asanlaşdırmağa, eləcə də maksimum təhlükəsizliyin, habelə avadanlığın sıradan çıxmadan işləməsinin təmin olunmasına imkan verir.

Lenovo Converged sistemlərinin yeni, əvvəlcədən quraşdırılmış Nutanix proqram təminatlı HX seriyası proqramla təyin olunan mühitlərin, virtual iş masalarının, ictimai və özəl buludların, videonəzarət sistemlərinin, məlumat bazalarını idarəetmə sistemlərinin, habelə Big Data  ilə işin tənzimlənməsi və qurulması üçün olduqca uyğundur.

Bildirilib ki, hazırda Delta Telecom miqrasiya və xidmət portalının kastomizasiya proseslərini həyata keçirir. Bu proseslər tamamlandıqdan sonra servis bütün müştərilərə təqdim olunacaq.

“Delta Telecom-un Nutanix ilə birgə hazırladığı həll müasir məlumat emaletmə və saxlama infrastrukturası yaratmağı asanlaşdıran sistemi qurub müştərilərə təklif etməyə imkan verdi. Biz bu sistemi keyfiyyətçə yeni, daha üstün səviyyəyə çıxartmağa, onun miqyaslama imkanlarını və effektivliyini artırmağa, eləcə də investisiyaların bir ildən də az müddət ərzində geri qaytarılmasına nail olduq”, - deyə, Lenovo şirkətinin Rusiya və MDB üzrə korporativ satış departamentinin direktoru Pavel Zotov qeyd edib.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017
Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018
Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018
Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

20-12-2017
Delta Telecom yüksək statusa layiq görülüb-Foto

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016
Premium Bank öz fərdi Korporativ Buludunu yaradan ilk bankdır

Premium Bank öz fərdi Korporativ Buludunu yaradan ilk bankdır

23-01-2020
Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023
Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı  təchizatçıya çevrilib

Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı təchizatçıya çevrilib

08-06-2023
BULUD texnologiyalar bazarının lideri məlum olub

BULUD texnologiyalar bazarının lideri məlum olub

12-09-2015
“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

24-05-2022
“Delta Telecom” Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb

“Delta Telecom” Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb

10-04-2014
“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

01-12-2025
İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023
Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025
Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025
Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022
“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024
“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət  təqdim edir”

“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət təqdim edir”

16-05-2016
“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025
Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009
Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

14-05-2018
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026
Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!

26-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə