Previous Next
Bağla

Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı təchizatçıya çevrilib

08-06-2023 11:25

 Lenovo Avropa, Yaxın Şərq və Afrika ölkələrində giriş səviyyəli Məlumat Saxlama Sistemlərinin satış gəliri üzrə birinci yeri tutub. Şirkət “verilənlər xəzinəsi xidmət kimi” modeli də daxil olmaqla, müəssisələrə yeni nəsil məlumat idarəetmə həlləri ilə məlumatları və Sİ texnologiyalarını periferiyadan buluda kimi miqyaslaşdırmağa kömək edir. 

IDC Enterprise Storage Systems Tracker-in 2022-ci ilin üçüncü rübü üçün olan hesabatına əsasən, Lenovo şirkəti giriş səviyyəli Məlumat Saxlama Sistemləri (MSS) üzrə mənfəət  göstəricisinə görə Avropa, Yaxın Şərq və Afrika ölkələrində aparıcı təchizatçı olub. Yenilənmiş reytinqdə şirkət ilk dəfə olaraq “Qiymət aralığı 1-4” kateqoriyasında liderlik əldə edib. Lenovo-nun pay artımı EMEA regionu üzrə giriş səviyyəli MSS bazarında ümumi artım dövrünə təsadüf edib ki, bu da əvvəlki illə müqayisədə «ABŞ dolları ilə təchizatçı gəliri»ndə 36,8% artım təşkil edib.

«Məlumatı toplamaq, qorumaq, saxlamaq, təhlil etmək və idarə etmək bacarığı hər bir təşkilatın fəaliyyəti üçün çox vacibdir və Lenovo bu məsələlərin həlli üzrə müştərilər üçün etibarlı tərəfdaş olmağa çalışır. EMEA regionunda №1 giriş səviyyəli MSS təchizatçısı olaraq, biz geniş tərəfdaşlar şəbəkəmiz sayəsində istənilən ölçülü bizneslər üçün vacib olan həllər təklif edirik. Bu həllər sayəsində dünyanın istənilən yerində fəaliyyət göstərən şirkətlər məlumatların potensialından istifadə edib öz bizneslərini maksimum səmərəliliklə transformasiya edə bilərlər», - deyə Lenovo İnfrastruktur Solutions Group-un EMEA regionu üzrə prezidenti Covanni Di Filippo şərh edib. 

Lenovo TruScale Infinite Storage həlli ilə birlikdə yeni geniş təhlükəsizlik funksiyaları (ani çəkilişlərin köməyi ilə icazəsiz daxilomaya qarşı qəsbçi proqramlardan qorunma kimi) giriş səviyyəli müəssisələrə məlumat artımına tez uyğunlaşmağa kömək edir. İstifadədən asılı olan müddətsiz ödəniş modeli məhsuldarlığın və tutumun miqyaslaşdırılmasına ehtiyac yarandıqda çeviklik təmin edir, bununla da innovasiyaların tətbiqini sürətləndirir və əməliyyat iş yükünü optimallaşdırır. Müştərilər öz İT infrastrukturlarını dəyişən biznes tələblərinə istənilən vaxt uyğunlaşdırmağa imkan verən, qənaətcil bulud modeli olan təhlükəsiz və güvənli lokal verilənlər xəzinəsindən istifadə üstünlükləri əldə edirlər. 

Lenovo-nun geniş tərəfdaş ekosistemi sayəsində şirkətin sifarişçiləri (bulud xidmətləri üzrə ən kiçikdən tutmuş ən böyük təchizat şirkətlərinə kimi) obyektlərdə məlumatların saxlanılması və idarə edilməsi üçün gələcəkdə asan miqyaslandırma imkanı verən etibarlı və istifadəsi rahat həllər əldə edirlər.

Lenovo məlumatların idarə edilməsi üçün biznes həllərinin tam portfelini təklif edir. Bu portfelə daxildir: korporativ verilənlər xəzinəzi, hiper-konvergent infrastruktur (HCI), proqram təminatı ilə müəyyən edilmiş verilənlər xəzinəsi (SDS), «xidmət kimi» modeli olaraq təklif edilən TruScale Infinite Storage həlləri, eləcə də tərəfdaşlarla - müstəqil proqram təminatı təchizatçıları (ISV) ilə birlikdə hazırlanmış iş yüklərinə xidmət üçün şaquli yönümlü həllər. Lenovo diqqətini satış kanallarına və ISV tərəfdaşlarına yönəltməyə davam edir ki, bu da şirkətə davamlı olaraq inkişaf etməyə və müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış yüksək SLA tələblərinə əsaslanan alətlər və xidmətlər təklif etməyə kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023
Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023
“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

07-09-2023
Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025
Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019
Lenovo Azərbaycanda  smartfon satacaq

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015
İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017
“AzInTelecom” və Lenovo Azərbaycanda ilk Superkompüter Mərkəzini istifadəyə verib

“AzInTelecom” və Lenovo Azərbaycanda ilk Superkompüter Mərkəzini istifadəyə verib

19-02-2026
Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018
Lenovo elastik smartfonunu təqdim edib

Lenovo elastik smartfonunu təqdim edib

14-06-2016
Delta Telecom yüksək statusa layiq görülüb-Foto

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016
Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

23-09-2019
Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022
Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

05-01-2016
Lenovo rəsmisi işdən azad edilib

Lenovo rəsmisi işdən azad edilib

31-08-2015
Lenovo-dan 4K ekranlı noutbuklar

Lenovo-dan 4K ekranlı noutbuklar

19-08-2015
Lenovodan yeni il üçün xüsusi netbook kampaniyası

Lenovodan yeni il üçün xüsusi netbook kampaniyası

04-12-2008
Lenovo, “Blackbery”ni almaq üçün təklif verməyə hazırlaşır

Lenovo, “Blackbery”ni almaq üçün təklif verməyə hazırlaşır

20-10-2013
Lenovo selfie işığını təqdim edib

Lenovo selfie işığını təqdim edib

07-01-2015
Delta Telecom yeni portal istifadəyə verir

Delta Telecom yeni portal istifadəyə verir

18-09-2017
“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

24-05-2022
Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018
BULUD texnologiyalar bazarının lideri məlum olub

BULUD texnologiyalar bazarının lideri məlum olub

12-09-2015
Smartfonların tədarük həcmi aşağı düşəcək

Smartfonların tədarük həcmi aşağı düşəcək

03-04-2015

sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə