Previous Next
Bağla

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025 17:49
Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

3 dekabr tarixində Bakıda süni intellektin (AI) praktiki tətbiqi, İT sənayesinin əsas trendləri və korporativ infrastrukturun modernləşdirilməsinə həsr olunmuş Lenovo Day 2025 İT Forumu keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə "Veeam", "Nutanix", "Cloudian", "GigaCloud", "Bulutistan" kimi beynəlxalq şirkətlərin nümayəndələri, CIO-lar, biznes və dövlət qurumlarının rəhbərləri, eləcə də Lenovo tərəfdaşları iştirak ediblər.

Forumun açılışında Lenovo EECA regionunun baş meneceri Alnur Yermagambetov Azərbaycan və regionun Lenovo ekosisteminin inkişafında strateji rolunu vurğulayaraq şirkətin maliyyə nəticələri barədə danışıb.

O qeyd edib ki, Lenovo-nun əvvəlki hesabat rübündə ümumi gəliri rekord göstəriciyə — 20,5 milyard ABŞ dollarına çatıb. Bunun 30%-i süni intellektlə bağlı biznes xəttinin payına düşüb. Bu artım portfelin şaxələndirilməsi, server və xidmət həlləri seqmentində yüksək inkişaf tempi ilə əlaqədardır. Spiker həmçinin bildirib ki, şirkət seçilmiş “Smarter AI for All” strategiyası çərçivəsində R&D-yə, startaplara və insan kapitalına aktiv investisiya etməkdə davam edir — məqsəd qabaqcıl SI texnologiyalarını cihazlardan tutmuş məlumat mərkəzlərinə və bulud mühitinə qədər bütün səviyyələrdə əlçatan etməkdir.

Lenovo Global Technology Azerbaijan şirkətinin direktoru Rasim Bəxşi Lenovo-nun Azərbaycan bazarında fəaliyyətinin formalaşması və 2025-ci ilin nəticələri barədə danışıb.

Onun sözlərinə görə, şirkət regionda tərəfdaş sayını artıraraq yerli varlığını genişləndirməkdə davam edir. Şirkətin ehtiyat hissələri anbarı və L3 texniki dəstək mühəndisləri mövcuddur.

“Bundan əlavə, şirkətin bütün məhsul portfeli üzrə xidmət göstərən 4 səlahiyyətli servis mərkəzi fəaliyyət göstərir. Bu, fasiləsiz xidmət təminatı üçün kritik əhəmiyyət daşıyır”, – deyə Rasim Bəxşi vurğulayıb.

Plenar hissənin davamında Lenovo ISG-nin EMEA regionu üzrə Data Management satış direktoru Marko Pozzoni və şirkətin EMEA üzrə İnnovativ Həllər direktoru Noam Rosen çıxış ediblər.

Marko Pozzoni çıxışında məlumatların şirkətlər üçün strateji aktivə, korporativ SI-nin təməl bazasına çevrildiyini qeyd edib.

O bildirib ki, məlumatların saxlanması və ötürülməsi üçün düzgün infrastruktur olmadan ən güclü GPU-lar belə effekt vermir. Lenovonun araşdırmasına görə, EMEA regionunda şirkətlərin İT rəhbərlərinin əsas problemləri məlumatların idarə edilməsinin mürəkkəbləşməsi, kibertəhdidlərin artması və xərclərə nəzarəti qorumaqla SI-ni biznes proseslərinə inteqrasiya etməkdir. Lenovo bu çağırışlara cavab olaraq klassik enterprise massivlərdən tutmuş hiper-konsolidasiya edilmiş ThinkAgile həllərinə qədər geniş məlumat saxlanma portfeli, güclü tərəfdaş ekosistemi (Veeam, Nutanix və s.) və TruScale kimi çevik istehlak modelləri təklif edir.

Pozzoni çıxışında bu il yenilənmiş məhsul portfelinin kiberdavamlılıq qabiliyyətinə xüsusi diqqət yetirərək, onun müştərilərə SI dövrü üçün açıq, təhlükəsiz və çevik məlumat infrastrukturu qurmağa imkan verdiyini qeyd edib.

Noam Rosen isə öz təqdimatında ənənəvi məlumat mərkəzlərinin “SI fabrikləri” — məlumatı intellektə çevirən sənaye platformalarına transformasiyasından danışıb.

Ekspert qeyd edib ki, SI artıq köməkçi funksiya deyil, hər bir tətbiqə inteqrasiya olunan əsas hesablama təbəqəsinə çevrilir və məlumatın olduğu yerdə işləyir.

O vurğulayıb ki, SI fabrikləri üçün klassik modellərdən fərqli çoxlayihəli inteqrasiya olunmuş İT infrastrukturu tələb olunur. Lenovo bu məqsədlər üçün serverlərdən, GPU-lardan, şəbəkə infrastrukturundan, məlumat saxlama sistemlərindən, proqram təminatından tutmuş peşəkar xidmətlərə qədər tam inteqrasiya edilmiş AI Factory platformasını hazırlayıb. 

Forumun beynəlxalq tərəfdaşları da çıxışlarına davam ediblər.

Veeam Software şirkətinin Global Alliances direktoru Co Horn Veeam və Lenovo-nun korporativ məlumat dayanıqlığı, kibertəhlükəsizlik və ransomware hücumlarından müdafiə üzrə həllərini təqdim edib.

Nutanix-in Ukrayna və MDB üzrə meneceri Denis Lapaç isə tətbiqlərin və paylanmış İT yüklərinin sürətlə artması fonunda idarəetmə, mürəkkəblik və infrastruktur risklərinin əsas problemə çevrildiyini vurğulayıb.

Onun sözlərinə görə, Nutanix-in multihibrid platforması hesablayıcı resurslar, saxlanma, virtualizasiya və şəbəkələndirməni birləşdirən hiperinteqrasiya olunmuş memarlıq və vahid idarəetmə nöqtəsi vasitəsilə bu çətinlikləri yüksək effektivliklə həll edir.

Proqramın ikinci hissəsi Lenovo həllərinin real sektorda tətbiq təcrübələrinə həsr olunmuş panel sessiyaları ilə davam edib.

• Azərbaycan Respublikası Mərkəzi Bankı və Veeam nümayəndələri məlumat mühafizəsi infrastrukturunun modernləşdirilməsi və kritik maliyyə xidmətlərinin fasiləsizliyinin təmin edilməsi layihəsi barədə danışıblar.

• Pasha Technology və Cloudian mütəxəssisləri kritik tətbiqlər üçün etibarlı obyekt saxlama və bulud infrastrukturu yaradılması təcrübələrini paylaşıblar.

• Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə rəhbəri Samir Nuriyev isə Lenovo texnologiyalarının şirkətin bulud infrastrukturu qurulmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə kömək etdiyini vurğulayıb.

GigaCloud şirkətinin R&D direktoru Sergey Gorlinski müştəri xidməti və back-office proseslərinin hibrid SI həlləri ilə necə dəyişdiyini təqdim edib və müasir virtualizasiya həllərinə dair sessiya keçirib.

Lenovo IDG-nin baş müştəri əlaqələri nümayəndəsi Yernar Tokmoldanov şirkətin AI həlləri portfelini təqdim edib.

O, Lenovo-nun Llama3 8B böyük dil modeli (LLM) və istifadəçinin lokal məlumat bazası əsasında işləyən AI Now adlı ağıllı köməkçi haqqında məlumat verib.

Tokmoldanov bildirib ki, Lenovo AI Now bütün məlumatları cihaz üzərində real vaxtda işlədərək məxfiliyi qoruyur və sənədlərlə işləmək, cihazları idarə etmək, fayllar arasında axtarış kimi müxtəlif SI funksiyalarına çıxışl təmin edir. 

Forum sual-cavab sessiyası, iştirakçıların qeyri-rəsmi müzakirələri və gala şam yeməyi ilə başa çatıb.

Təqdimat zonasında qonaqlar Lenovo-nun ən son məhsul portfeli — AI noutbukları, planşetlər, serverlər, monitorlar və Motorola smartfonları ilə tanış olublar.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı təchizatçıya çevrilib

08-06-2023

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018

“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirdi - FOTO

07-09-2023

Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

20-12-2017

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023

Lenovo elastik smartfonunu təqdim edib

14-06-2016

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022

Lenovo rəsmisi işdən azad edilib

31-08-2015

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

05-01-2016

Smartfonların tədarük həcmi aşağı düşəcək

03-04-2015

“AzInTelecom” və Lenovo Azərbaycanda ilk Superkompüter Mərkəzini istifadəyə verib

19-02-2026

Lenovo selfie işığını təqdim edib

07-01-2015

Lenovo, “Blackbery”ni almaq üçün təklif verməyə hazırlaşır

20-10-2013

Lenovodan yeni il üçün xüsusi netbook kampaniyası

04-12-2008

Delta Telecom yeni portal istifadəyə verir

18-09-2017

Azercell-dən planşeti al – hədiyyələr qazan

12-05-2018

“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

24-05-2022

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə