Previous Next
Bağla

Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

20-12-2017 13:42
Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

Bakıda  texnologiya nəhəngləri hesab edilən Lenovo, Nutanix və Veeam şirkətinin təşkilatçılığı ilə müasir Data Mərkəz infrastrukturun qurulmasına həsr edilən konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, konfransda səslənən məruzələr Lenovo, Nutanix və Veeam-in birgə qurduğu bu həllin komponentlərinin təqdimatına həsr olunub.

Həmçinin, Azərbaycanda həyata keçirilən real layihələr də nümayiş edilib.

Nutanix şirkətinin Rusiya, MDB ölkələri və Şərqi Avropa üzrə regional deirektoru Piter Meycer (Peter Major)  qeyd edib ki, ən qabaqcıl texnologiyalar həyat tərzini asanlaşdırır, lakin biz onları nadir hallarda görə bilirik:

“Onlar gözə görünməz olublar. Məhs belə görünməz şəkildə çalışan İT infrastrukturunu ən yaxşısı adlandırmaq olar. Lenovo, Nutanix və Veeam tamamilə “görünməz” bir infrastrukturda biznes üçün istənilən əlavələri tədbiq etmək imkanı yaradır. Həmin infrastrukturu sayılan saatlarda genişləndirmək və bir toxunuşla idarə etmək mümkündür”.

Daha sonra Nutanix-in nümayəndəsi Roman Xmelevskiy məruzə ilə çıxış edib.

 O, İT sahəsində “görünməz” infrastrukturun nüansları haqda danışıb.

 Lenovo Datacenter Group Departamentinin Azərbaycandakı əsas sifarişçilərlə iş üzrə rəhbəri Rasim Baxşi qonaqları Lenovo ThinkAgile aparat platforması ilə tanış edib.

Veeam şirkətini təmsil edən Pavel Kosarev isə məlumatların davamlı qorunması üzrə ən son məhsullarını təqdim edib.

Vendorun təmsilçilərindən başqa Lenovo və Nutanixin məhsulları bazasında “fərdi buludun” yaradılması mövzusunda Delta Telecom şirkətinin nümayəndəsi Rüfət Talıbov da məruzə ilə çıxış edib.

“Lenovo ilə Nutanix-in birgə təklif etdiyi həlli korporativ sifarişçilərimiz üçün məlumatların emalı və saxlanılması üzrə müasir infrastrukturun yaradılması prosesini sadələşdirən bir sistemin yaradılmasına imkan yaratdı. Biz onu keyfiyyət baxımından yeni məhsuldarlıq və effektivlik səviyyəsinə çıxara bildik, eyni zamanda yatırımlara çəkilən xərcin çıxarılması dövrünü xeyli sürətləndirə bildik.” – deyə Delta Telekom nümayəndəsi bildirib.

Birgə keçirilən konfrans çərçivəsində, Bona Dea Azerbaijan Beynəlxalq hospitalı timsalında uğur hekayəsi haqqında da danışılıb. Yeni xəstəxanada Lenovo və Nutanix məhsulları bazası əsasında ən müasir data-mərkəzi qurulub.

“Fərdi buludun” qurulması üzrə unikallığı ilə seçilən bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləyir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. İşəsalınma prosesi iki həftədən də az vaxt apardı və hal-hazırda sistemi cəmi iki mühəndis idarə edir.” – deyə Bona Dea Azerbaijan nümayəndəsi Ramiz Şirinov vurğulayıb.

Qeyd edək ki, Lenovo və Nutanix tərəfdaşlığının Azərbaycandakı nailiyyətləri ötən ay Nis şəhərində keçirilən Nutanix .NEXT Avropa konfransında yüksək qiymətləndirib.

Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair)görüş keçiriblər.

Göruş zamanı Nutanix rəhbərliyi növbəti dəfə qeyd edib ki, yerlərdə olan belə bir əməkdaşlıq dünya səviyyəli yeni qlobal həllərin yaradılması üçün stimul verir.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018

Delta Telecom yeni portal istifadəyə verir

18-09-2017

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

14-05-2018

Premium Bank öz fərdi Korporativ Buludunu yaradan ilk bankdır

23-01-2020

Beynəlxalq texnoloji nəhəngi Bakıda regional mərkəz yaradır

06-12-2022

Lenovo elastik smartfonunu təqdim edib

14-06-2016

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015

Lenovo smartfonu Azərbaycan bazarında satışa çıxarıldı

05-01-2016

Lenovo rəsmisi işdən azad edilib

31-08-2015

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Bestcomp Group Mərkəzi Asiyadakı tərəfdaşları üçün konfrans keçirib

23-10-2019

“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

24-05-2022

Lenovo selfie işığını təqdim edib

07-01-2015

Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

23-09-2019

Lenovo EMEA regionunda giriş səviyyəli Məlumat Saxlama Sistemləri üzrə aparıcı təchizatçıya çevrilib

08-06-2023

Smartfonların tədarük həcmi aşağı düşəcək

03-04-2015

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

Azercell-dən planşeti al – hədiyyələr qazan

12-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə