Previous Next
Bağla

“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət təqdim edir”

16-05-2016 13:22
“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət  təqdim edir”

Bakcell şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir.

Xeberler.az-ın məlumatına görə, Caspian Telecom MMC-nin sədr müavini xanım Mahizər Tağıyeva bildirib ki, Caspian Telecom  Bakcell şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlayıb və bu illər ərzində Bakcell şirkəti bu münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib:

"Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də Bakcell-in xidmətlərindən istifadə etməyi tövsiyə edirik. İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq”.

"Caspian Telecom kimi müştəri ilə əməkdaşlıq etmək bizım üçün olduqca xoşdur. Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər – müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər vermək. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik”,- deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. 

Caspian Telecom MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir.

Caspian Telecom MMC fiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətləri, virtual özəl şəbəkələr (VPN), SWİFT, video müşahidə, korporativ İP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda Ailə TV kabel televiziyası və Ailə NET internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ailə TV-ni dünyanın istənilən yerində izləmək olacaq

06-03-2015

Çin şirkəti «BakuTel-2014» sərgisinə qoşulacaq

03-12-2014

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

“Bakutel-2015 sərgisində yeni xidmətlərimiz təqdim olunacaq”

01-12-2015

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018

Yerli provayder abunə haqlarını dəyişdirmədən internetə qoşulma sürətini artıracaq

13-08-2014

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018

Bakcell korporativ müştəriləri üçün yenilik edib

19-09-2016

Bakcell Ailə günü tədbiri təşkil edib

12-09-2018

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018

189 taksi xidmətinin avtomobillərində Bakcell-dən Wi-Fi xidməti

21-10-2015

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

11-06-2018

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakcell jurnalistlər üçün İT seminar təşkil edib

02-08-2017

Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

24-01-2019

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Cəlilabadda Bakcell-in yeni mərkəzi təqdim edilib-Foto

18-04-2018

Bakı-Sumqayıt dəmir yolu xətti Wi-Fi ilə təmin edilib

06-10-2015

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə