Previous Next
Bağla

DİM-in elektron məlumat sistemləri ETX tərəfindən dövlət qeydiyyatına alınıb

28-11-2025 12:51
DİM-in elektron məlumat sistemləri ETX tərəfindən dövlət qeydiyyatına alınıb

Dövlət İmtahan Mərkəzinin hazırladığı aşağıdakı elektron məlumat sistemləri 3 noyabr 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidməti tərəfindən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb və müvafiq olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrindən çıxarışla təmin olunub:

1. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi İS590005001;

Sistemə istifadəçi olaraq 450-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri və operatorları, o cümlədən əsasnaməyə uyğun olaraq 20 dövlət orqanının məsul əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasına 1 500 000 –dən çox tələbə və məzun barədə müvafiq subbakalavr, bakalavr və magistr məlumatları daxil edilib.

2.“Şagird-məzun” dövlət elektron məlumat sistemi İS590005003;

Sistemə istifadəçi olaraq 4200-dək məktəb əlaqələndiricisi və Elm və Təhsil Nazirliyinin əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasında 2 500 000–dən çox şəxs barədə fərdi və təhsil məlumatları mövcuddur. “Şagird-məzun“ sistemində buraxılış imtahanlarında iştirak edəcək məzunların kontingenti formalaşdırılır, buraxılış imtahanlarından sonra Mərkəz tərəfindən aparılmış yekun attestasiyaya əsasən Elm və Təhsil Nazirliyi məzunlara dövlət nümunəli təhsil sənədlərini təqdim edir.

3.“Dövlət qulluqçularının Reyestri” informasiya sistemi İS590005004;

Sistemə 300-dək Mərkəzi icra hakimiyyəti, yerli İcra hakimiyyəti və məhkəmə orqanlarının 400-dək məsul şəxsi və operatoru qoşulub. Hazırda dövlər orqanları tərəfindən 26500-dən çox  dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil edilib.

4.“Namizəd-yoxlama” elektron məlumat sistemi İS590005005;

Sistem vasitəsilə dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak edərək uğur qazanmış və sertifikat əldə etmək üçün müraciət etmiş şəxslərin, dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş namizədlərin, qiymətləndirici olmaq üçün test imtahanında iştirak etmək istəyən şəxslərin, peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahanda iştirak etmək istəyən şəxslərin sənədləri yoxlanılır. Sistemə məlumat bazasında dövlət qulluğu, peşəkar mühasib, qiymətləndirici, sürücülük və aqrar sığorta fəaliyyəti ilə məşğul olmaq imkanı verən sertifikat və şəhadətnamələr əldə etmiş, eləcə də doktorantura üzrə xarici dil şəhadətnamələri əldə etmiş şəxslər barədə məlumatlar daxil edilib. Hazırda sistemdə 26877 sürücülük, 123 aqrar sığorta, 522 qiymətləndirici şəhadətnaməsi, 6207 peşəkar mühasib, 103334 dövlət qulluğu sertifikatı barədə məlumatlar mövcuddur.

5.“İncəsənət-məzun” elektron məlumat sistemi İS590005002;

Sistemə istifadəçi olaraq  800-dək təhsil müəssisəsi əlaqələndiricisi və Mədəniyyət Nazirliyinin əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasında incəsənət sahəsində diplom almış 85000–dək şəxs barədə fərdi və təhsil məlumatları mövcuddur. İncəsənət təhsil müəssisələri tərəfindən sistemə fərdi və təhsil məlumatları daxil edilərək təsdiq edilmiş məzunlar ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarında iştirak etmək üçün elektron qaydada müraciət etmək imkanı əldə edirlər.

Yuxarıda adları qeyd edilmiş informasiya sistemlərindən müvafiq məlumatlar veb servis vasitəsilə EHİS üzərindən müxtəlif dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edilir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2025-ci il tarixli 533 nömrəli Fərmanına əsasən Mərkəzin bu sistemlərində mövcud olan zəruri məlumatların Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yeni yaradılacaq Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminə (MİRAS)  inteqrasiya edilməsi təmin ediləcəkdir.

Reyestrin internet ünvanı: https://registry.pdp.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

DİM-də “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib

01-11-2024

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

DİM yeni elektron xidmət təqdim edib

23-05-2018

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013

Baş Nazir Novruz Məmmədov qərar imzalayıb

20-09-2019

Abituriyentlərin nəzərinə

21-05-2015

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

Tələbə-məzun dövlət elektron məlumat sisteminə daha bir nazirlik qoşulur

21-07-2015

Buraxılış sinif şagirdləri haqqında məlumat sistemə daxil edilib

09-06-2016

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

18-05-2026

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə