Previous Next
Bağla

DİM-də “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib

01-11-2024 15:06
DİM-də “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib

Noyabrın 1-dən 25-dək “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv olacaq.

Xeberler.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin məsul şəxsləri DİM tərəfindən təlimatlandırılıb.

Bu sistem zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və prosesin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici şəxsi kabinetinin istifadəçi adı və parolu ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.

Nəzarətçilərin elektron qeydiyyatı sistemində zal nəzarətçilərinə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı da yaradılıb.

Qeyd edək ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası təlimlər yekunlaşdıqdan sonra 15 min 661 nəfərdən ibarət olub. Ümumi bazanın 84,7 faizi ümumi təhsil müəssisələrində, 3,6 faizi ali və orta ixtisas təhsil müəssisələrində, 3,6 faizi dövlət müəssisələrində, 2,9 faizi özəl müəssisələrdə, 1,9 faizi AMEA və digər tədqiqat institutlarında, 1,1 faizi publik hüquqi şəxslərdə işləyir, 2,1 faizi isə pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və işləməyən şəxsləri əhatə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq keçirildi

12-11-2015

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015

Azərbaycanda son 10 ildə elmi dərəcə alan qadınların sayı artıb

07-03-2023

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

“Nəzarətçilərin elektron qeydiyyatı” yekunlaşıb

04-12-2015

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Qəbul imtahanları başlayır

06-04-2017

İKT sahəsində yeni açılmış iş yerlərinin statistikası açıqlanıb

14-08-2015

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Beynəlxalq Qadınlar Günü qeyd edilir

08-03-2018

DİM-in elektron məlumat sistemləri ETX tərəfindən dövlət qeydiyyatına alınıb

28-11-2025

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə