Previous Next
Bağla

DİM-in yeni saytı nə vaxt tam hazır olacaq?

06-09-2016 12:07
DİM-in yeni saytı nə vaxt tam hazır olacaq?

Bir müddət öncə məlumat verilmişdi ki, Dövlət İmtahan Mərkəzinin yeni rəsmi saytı, eləcə də Facebook səhifəsi istifadəyə veriləcək. Bununla yanaşı, hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdiriləcəyi qeyd edilmişdi.

Qurumun ilkin versiyada saytı artıq istifadəyə verilib.

Qeyd edilmişdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək, TQDK və DQMK-nın internet səhifələri fəaliyyətlərini dayandıracaq və hazırkı saytda DİM-in fəaliyyətinə aid olan bütün məlumatlar əks olunacaq.

Bu məlumatın üstündən bir müddət keçsə də,  hələ də bu istiqamətdə hər hansı irəliləyiş nəzərə çarpmır.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq.

DİM-in mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, qurumun ilkin versiyada təqdim edilən dim.gov.az saytının yaradılması istiqamətində işlər davam etdirilir.

Qeyd edilib ki, hələ DİM Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməyib. Ona görə də də saytların tam fəaliyyətə başlaması da gecikir. 

Yəni, belə deyək, hələlik bütün işlər TQDK-nın sistemi üzərindən davam etdirilir.

Məlumata görə, DİM hələ yaradılmayıb. Yəni, TQDK hələ ləğv edilməyib.

Ədliyyə Nazirliyi DİM-i rəsmi qeydiyyata aldıqdan sonra TQDK ləğv olunacaq və DİM yaradılacaq. DİM qeydiyyata alınmadığı üçün nəzərdə tutulan yeniliklər təqdim edilməyib.

Məlumata görə, hazırda qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunur:

“Hazırda saytlara məlumatların daxil edilməsi üzərində işlər davam edir. Məlumatların sayta daxil edilməsinin yekunlaşması haqda  konkret  tarix  deyə bilmərik. Hazırda sənədlərin, strukturun bir-birinə uyğunlaşdırılması davam edir. İki qurum ləğv olduqdan sonra DİM yaranacaq. Ondan sonra bu istiqamətdə görülən işlər barədə məlumat veriləcək”.

Qeyd edək ki, bununla bağlı qurum 3 domeni- dim.gov.az, dovletimtahanmerkezi.com və  imtahanmerkezi.com -u satın alıb.

Məlumata görə, sayt ən müasir standartlara cavab verəcək.

Qeyd edilmişdi ki, bununla yanaşı, saytın mobil tətbiqlərinin hazırlanması da nəzərdə tutulub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, ilkin versiyada yalnız saytların yaradılması nəzərdə tutulub.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinin saytı nə vaxt tam hazır olacaq?

05-12-2016

DİM-in yeni saytı və mobil tətbiqləri hazırlanır

05-07-2016

DİM-in saytı bir neçə saat işləməyib-Problem

27-06-2016

Dövlət İmtahan Mərkəzinin Direktor Şurasına üzvlər təyin olunub

20-04-2016

DİM-in internet resursları istifadəçi sayına görə birincidir

01-10-2019

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

30-11-2016

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022

SAT imtahanına qeydiyyat davam edir

19-05-2025

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Dövlət İmtahan Mərkəzində məsləhət saatları təşkil olunacaq

01-04-2019

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023

DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

22-04-2016

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

TQDK-dan yüksək bal toplayanlar üçün yeni layihə

17-08-2016

DİM yenilənmiş saytını təqdim edib

25-12-2017

Magistraturaya sənəd qəbulu başa çatır

26-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə