Previous Next
Bağla

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

30-08-2018 14:01
DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Xeberler.az-a mərkəzdən verilən məlumata görə, son günlər Facebook-da DİM-in icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bəzi səhifə və qruplar profil şəkli və cover fotoları üçün mərkəzin loqotipindən istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər. İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta Facebook səhifə və qruplarına üzv olmamağı tövsiyə edirik. Mərkəzin yalnız 176 mindən artıq izləyicisi olan bu səhifəsi fəaliyyət göstərir.

Bundan əlavə, tədris ilinin əvvəli olduğu üçün müəyyən hazırlıq kursları da daha çox abituriyent cəlb etmək üçün Dövlət İmtahan Mərkəzinin adından qeyri-qanuni olaraq istifadə edirlər. Bir daha bəyan edirik ki, Dövlət İmtahan Mərkəzi hazırlıq kursları ilə əməkdaşlıq etmir və Mərkəzin hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi söz birləşməsi və loqotipi Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır: "Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək"

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Saxta hesablar yaradanlarla bağlı ciddi tədbirlər görüləcək

Saxta hesablar yaradanlarla bağlı ciddi tədbirlər görüləcək

15-05-2019
DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

02-06-2023
Azərbaycanda "Apple" nişanlarından qanunsuz istifadə edilir-Xəbərdarlıq

Azərbaycanda "Apple" nişanlarından qanunsuz istifadə edilir-Xəbərdarlıq

13-02-2023
DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

22-04-2016
DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

11-06-2023
“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017
Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

05-08-2022
DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024
DİM-in Çağrı mərkəzi fəaliyyətə başladı

DİM-in Çağrı mərkəzi fəaliyyətə başladı

21-07-2017
TQDK ləğv olundu-Fərman

TQDK ləğv olundu-Fərman

12-04-2016
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
ASAN xidmət mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

ASAN xidmət mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

08-05-2019
Hazırda keçirilən imtahan canlı yayımlanır

Hazırda keçirilən imtahan canlı yayımlanır

27-01-2018
DİM-də rəqəmsal SAT imtahanı keçirilir

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025
“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
DİM-in internet resursları istifadəçi sayına görə birincidir

DİM-in internet resursları istifadəçi sayına görə birincidir

01-10-2019
Elektron sınaq imtahanları davam edir

Elektron sınaq imtahanları davam edir

30-03-2017
Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

13-06-2022
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə