Previous Next
Bağla

DİM yeni video-dərs sosial layihəsinə start verib

22-01-2019 11:22
DİM yeni video-dərs sosial layihəsinə start verib

Dövlət İmtahan Mərkəzi (DİM) yeni “video-dərs” sosial layihəsinə start verib. 

Xeberler.az  bildirir ki, mərkəzdən verilən məlumata görə, fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “video-dərs” formasında təqdim olunacaq.

DİM-dən qeyd olunub ki, təlim prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil şəkildə öz üzərində çalışmaq üçün vərdiş və bacarıqları formalaşdırmaqdır. DİM-in təqdim etdiyi yeni “video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq. Həmçinin valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilərlər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq.

Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “video-dərs” formasında hazırlanacaqdır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ¬camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Video-çarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcək. Artıq ingilis dili fənni üzrə V, VIVII sinfə aid materiallar əsasında “video-dərs”lər kanalımıza yerləşdirilib. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

DİM-in məlumatına görə, video-dərslər həm şagirdlər, abituriyentlər, həm valideynlər, həm də fənn müəllimləri üçün faydalı olacaq: "Şagird və abituriyentlər bundan istifadə etməklə öz biliklərini təkmilləşdirə, mövzunu daha dərindən mənimsəyə biləcəklər.

Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu “video-dərs”ləri tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, dərslər zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməlidir. Dərslərin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.

DİM bu işdə maraqlı hər kəsi ümumi işimiz naminə video materialların təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir. Bu qeyd və təkliflər qəbul olunacaq və yeni dərslərin hazırlanması zamanı nəzərə alınacaq".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət İmtahan Mərkəzinin Youtube kanalına vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

Dövlət İmtahan Mərkəzinin Youtube kanalına vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

08-02-2019
DİM vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

DİM vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

17-05-2019
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Abituriyentlərimizə dəstək milli saytlarımızda

Abituriyentlərimizə dəstək milli saytlarımızda

08-05-2015
9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019
Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

01-06-2022
Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

16-07-2015
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
Milli Təhsil Portalında elektron resursların sayı artırılır

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013
DİM-in təşkil etdiyi hazırlıq kurslarında yanız elektron qeydiyyatdan keçənlər iştirak edə biləcək

DİM-in təşkil etdiyi hazırlıq kurslarında yanız elektron qeydiyyatdan keçənlər iştirak edə biləcək

21-01-2019
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
Mina təhlükəsinə qarşı maarifləndirmə tədbirləri keçirilib

Mina təhlükəsinə qarşı maarifləndirmə tədbirləri keçirilib

25-10-2022
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
DİM onlayn sınaq imtahanları keçirəcək

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018
Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019
İnformatika müəllimləri üçün seminarlar

İnformatika müəllimləri üçün seminarlar

25-12-2018
Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017
İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019
DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə