Previous Next
Bağla

DİM vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

17-05-2019 11:43
DİM vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. 

Xeberler.az bildirir ki, gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə "videodərs"lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verir.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir. Məlum olduğu kimi, ingilis dili fənni üzrə VVIVII sinfə, fizika fənni üzrə isə VI sinfə aid materiallar əsasında “videodərs”lər kanalımıza yerləşdirilib. Hazırda isə V sinif Azərbaycan dili, VI sinif coğrafiyabiologiya fənləri üzrə “vizaullaşdırılmış dərs”lərin bir hissəsi portala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də kanala yüklənəcəkdir.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinin Youtube kanalına vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

08-02-2019

DİM yeni video-dərs sosial layihəsinə start verib

22-01-2019

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Təhsil məqsədləri üçün sosial şəbəkə sentyabrda istifadəyə veriləcək

16-07-2015

Abituriyentlərimizə dəstək milli saytlarımızda

08-05-2015

DİM-in təşkil etdiyi hazırlıq kurslarında yanız elektron qeydiyyatdan keçənlər iştirak edə biləcək

21-01-2019

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

İnformatika müəllimləri üçün müsabiqə başlayır

26-02-2013

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

17-05-2025

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

25-11-2025

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

Respublika fənn olimpiadalarının ilk mərhələsinin nəticəsi açıqlandı

27-01-2016

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə