Previous Next
Bağla

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019 15:16
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.

Xeberler.az  bildirir  ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə balıdır. Cinayət Məcəlləsinə bununla bağlı əlavə edilən 233-4-cü maddəsinə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.Eyni əməllər, təkrar törədildikdə, xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmin əməllər külli miqdarda (yüz min manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

20-02-2019
Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

30-06-2026
Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

17-05-2016
Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026
Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026
Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026
İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019
İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

15-11-2016
Kibercinayətlərə görə cəzalar sərtləşdi

Kibercinayətlərə görə cəzalar sərtləşdi

17-07-2012
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026
Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023
Telefon xətlərinə qanunsuz daxil olmağa görə cərimələr artırılır

Telefon xətlərinə qanunsuz daxil olmağa görə cərimələr artırılır

11-12-2015
Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015
Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
DİN-ə kibercinayətlər üzrə  ibtidai istintaq aparmaq səlahiyyəti verildi

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015
Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

22-05-2026
Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

22-11-2016
Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015
İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025
Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

14-01-2019
İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025
Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə