Previous Next
Bağla

DTX tərəfindən həbs edilən haker Dövlət sisteminə daxil olub

18-04-2025 18:36
DTX tərəfindən həbs edilən haker Dövlət sisteminə daxil olub

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən, “Zeromap” MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xeberler.az bildirir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədən işə yenidən qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev yenidən ifadə verib.

O bildirib ki, fəaliyyət istiqaməti sistemdə təhlükəsizliyin yoxlanılması olub:

“Ultra Technologies” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam”.

Hakim təqsirləndirilən şəxsə saxlanıldığı zaman üzərində aşkar edilən avadanlıq və həmin avadanlıqların daxilindəki proqramlarla bağlı suallar verib.

Vəkilin “”Ultra Technologies” MMC-nin sistemlərinə qanunsuz müdaxilə etmək fikriniz olubmu” sualına o, cavab olaraq bildirib ki, məqsədi ancaq yoxlama olub:

“Mən ekspertəm. Yoxlamaq işimdən irəli gəlir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm”.

Tural Əliyev bildirib ki, “Ultra Technologies” MMC-nin sisteminə fiziki olaraq daxil olmadığı üçün cinayət işi üzrə özünü qismən təqsirli hesab edir:

““Ultra Technologies” MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub”.

Təqsirləndirilən şəxs bildirib ki, onun istifadə etdiyi proqramlar audit tipli olub və boşluqlar aşkar edildiyi halda şirkətə məlumat verilib:

“Hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Proqram təminatı barədə İdrak şirkətinin rəhbəri Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs “User Elşən” adlı şəxslə əlaqə saxlayıb, onunla şirkətlərin sisteminə müdaxilələrlə bağlı kiçik müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

Təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 MB, ABŞ-yə məxsus şirkətin isə 1 MB məlumatlarını əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin “Alfa Black Cat” kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında “Karnaval” ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

03-06-2025
Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

05-03-2025
Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025
Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024
MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022
Bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı saxlanılıb

Bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı saxlanılıb

31-07-2025
Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub

Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub

12-05-2026
DİN-ə kibercinayətlər üzrə  ibtidai istintaq aparmaq səlahiyyəti verildi

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015
Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

03-10-2017
Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

20-06-2025
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

17-06-2026
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023
Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

22-05-2026
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025
DTX kibercinayətkarların əməllərini ifşa edib

DTX kibercinayətkarların əməllərini ifşa edib

14-07-2025
Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016
Bloggerlər barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bloggerlər barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

09-10-2009
Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

07-11-2017
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinə cəza istənilib

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinə cəza istənilib

26-11-2025
Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025
DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

20-08-2016
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə