Previous Next
Bağla

DİN kiber talamalar üzrə vəziyyəti açıqladı: “Hər bir vətəndaş diqqətli olmalıdır”

05-02-2025 15:49
DİN kiber talamalar üzrə vəziyyəti açıqladı: “Hər bir vətəndaş diqqətli olmalıdır”

2024-cü ildə vətəndaşların xarici kiber müdaxilələrlə 16 min 804 fakt üzrə aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanıb.

Xeberler.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2 milyon 43 min 896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1 milyon 196 min 786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598 min 48 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311 min 728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92 min 630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101 min 398 manat pul vəsaiti onlayn talanıb.

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2 milyon 450 min 403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292 min 344 manat, telefon satışına görə 292 fakt üzrə 116 min 219, avtomobil satışına görə 100 fakt üzrə 121 min 640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470 min 734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139 min 600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82 min 370 manat olmaqla, digər üsul vasitələlə 10 mindən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını verib, şübhəli linklərə keçid ediblər.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edirik, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

09-04-2025

DİN: Ötən gün bank kartlarından 40 min manatdan çox pul oğurlanıb

10-04-2025

DİN: Şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin

08-04-2025

Həftəsonu bank kartlarından 18 minə yaxın pul oğurlanıb

21-04-2025

Həftəsonu vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

14-04-2025

Həftəsonu bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19-05-2025

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

22-05-2025

Ötən gün bank kartlarından 30 min 716 manat oğurlanıb

01-05-2025

Vətəndaşların bank kartlarından daha 32 min 306 manat oğurlanıb

16-04-2025

Ötən gün bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

23-04-2025

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox vəsait oğurlanıb

03-06-2025

Vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb

19-04-2025

DİN: Ötən gün bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

27-05-2025

Ötən gün bank kartlarından 27 min manat oğurlanıb

02-05-2025

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

24-04-2025

DİN: Ötən gün bank kartlarından 24 min manatdan çox pul oğurlanıb

20-06-2025

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

24-06-2025

DİN: Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

13-06-2025

Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

30-04-2025

DİN: Ötən gün bank kartlarından 26 min manatdan çox vəsait oğurlanıb

20-05-2025

Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

16-06-2025

DİN: Ötən gün bank kartlarından 5 min manata yaxın pul oğurlanıb

24-05-2025

DİN: Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb

13-05-2025

Ötən gün bank kartlarından 3 min manata yaxın pul oğurlanıb

23-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə