Previous Next
Bağla

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020 19:43
Dövlət Agentliyi Veb konfrans təşkil edib

21 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı Veb konfrans təşkil edib və Elektron Hökumət üzrə İcra Qrupunun görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov ölkəmizdə bu sahədə görülən işlər, Dövlət Agentliyinin bu təşəbbüsə qoşulması, əlillər üçün nəzərdə tutulan İKT həllərinin tətbiqi, e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi istiqamətində digər qurumlarla birgə fəaliyyətin zəruriliyi barədə məlumat verib.

Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü təşəbbüsünün təsisçisi, “Linkedin” şirkətinin Əlçatanlıq üzrə mühəndislik departamentinin rəhbəri Jennison Asunsion bu günün formalaşma tarixi və fiziki imkanları məhdud şəxslər üçün əhəmiyyəti barədə məlumatları paylaşıb. O, eyni zamanda Azərbaycan Respublikasının bu cür təşəbbüsə qoşulmasını müsbət qiymətləndirib və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri  Sabir Qocayev əlillərlə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. O, eyni zamanda əlillərin sosial həyata uyğunlaşdırılması üçün İKT həllərinin tətbiqinin əhəmiyyəti barədə məlumat verib.

Sonra iştirakçılara və Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə “Vebdə əlçatanlıq mövzusunda” təqdimat edilib və “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” barədə məlumatlar paylaşılıb.

Elektron Hökumət üzrə İcra Qrupunun üzvlərinə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və funksionallıqlarının yaradılması zamanı müəyyəsərliklə bağlı tələblərin təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması ilə bağlı məlumatlar verilib. 

Konfransda fiziki imkanları məhdud şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb. 

Veb konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarına uyğun olaraq internet informasiya ehtiyatlarında əlilliyi olan şəxslər üçün müyəssərliyə dair tələblərin formalaşdırılması tapşırığı çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü hər il may ayının üçüncü cümə axşamı  qeyd olunur. Bu əlamətdar gün ölkəmizdə  ilk dəfə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Əlilliyi olan şəxslər üçün yeni layihə hazırlanıb

12-07-2019

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

16-03-2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

ASAN Xidmət-də yeni təyinat

19-03-2019

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

07-11-2019

AZİNNEX və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

09-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə