Previous Next
Bağla

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

16-03-2022 18:27
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib
Şamaxı rayonunda Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib.
 
Xeberler.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.
 
Görüşdə dövlət qurumlarının nümayəndələri, həmçinin digər aidiyyatı şəxslər iştirak ediblər.
 
Görüşdə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov rəqəmsal hökumət ekosisteminin qarşısında duran çağırışlar, bu istiqamətdə atılan addımlar və gələcəyə baxış, dövlət informasiya sistemləri və xidmət dizaynı üzrə standartlar, data əsaslı xidmət konsepsiyasının yaradılması, İKT sahəsində kadr hazırlığı və digər məsələlər haqqında danışıb.
Görüşdə təqdimatla çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov elektron hökumət ekosistemi, Mərkəzin strateji hədəfləri, son dövrdə həyata keçirilmiş layihələr, bu layihələr üzrə standartların tətbiqi və risk analizi, 2021-ci il üzrə layihələrin artım dinamikası və gələcəyə olan planlar haqda məlumat verib.
 
Tədbirdə, həmçinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin təşkili, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı taktiki addımlar, dövlət informasiya sistemlərinə aid verilənlər bazasında mövcud olan məlumatların yenidən strukturlaşdırılması, “ASAN Bridge” Milli Məlubat Mübadiləsi Sistemi, kibertəhlükəsizlik alt qrupunun hesabatı ətrafında məruzələr edilib, geniş fikir mübadiləsi aparılıb.
 
Elektron Hökumət üzrə İcra Qrupunun sayca 5-ci, pandemiyadan sonra isə keçirilən ilk görüşünün rəsmi tərəfdaşı “BestComp Group” MMC olub.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

Elektron Hökumətin İnkişafı Mərkəzi KOICA ilə görüşüb

30-07-2019

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018

İctimai Şura üzvləri Dövlət Agentliyinin sədri ilə görüşüb

13-07-2018

Dövlət Agentliyinin nümayəndə heyəti GİTEX Texnologiya Həftəsində iştirak edib

09-10-2019

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

28-06-2016

İKT ictimaiyyətinin nümayəndələri yeni innovativ qurumlarla tanış olublar

21-07-2022

MyGov sisteminin ilkin təqdimatı keçirilib

12-03-2019

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə