Previous Next
Bağla

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025 11:49
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “Brands Review Magazine Ltd” tərəfindən təşkil olunan “Brands Review Magazine Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə yüksək mükafatla təltif olunub.

Xeberler.az bildirir ki, mərkəz bu mükafata “Ağıllı Monitorinq və Qiymətləndirmə Sistemi: 2025 Azərbaycan üçün süni intellektə hazır məlumat idarəetmə innovasiyası” (Smart M&E System: An AI-Ready Data Governance Innovation – Azerbaijan 2025) adlı layihəsinə görə layiq görülüb.

Bu, İİTKM-in dövlət idarəçiliyində süni intellektə əsaslanan yanaşmaların tətbiqi, qabaqcıl məlumat idarəetmə həllərinin formalaşdırılması və qərarvermə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınması deməkdir.

Mükafat üzrə namizədlərin qiymətləndirilməsi zamanı Mərkəzin dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün qurduğu süni intellektə inteqrasiya olunmuş çevik məlumat idarəetmə sistemi, bu sistemdə real vaxt üzrə analitika, coğrafi informasiya texnologiyaları (GİS), video-monitorinq və nəticəyönümlü idarəetmə mexanizmlərinin uğurlu inteqrasiyası xüsusi vurğulanıb.

Bu beynəlxalq nailiyyət Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ilə tam uzlaşır. Strategiyada süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə məlumat əsaslı idarəetmə, ağıllı hökumət alətləri və dövlət orqanlarında rəqəmsal qərarvermə mexanizmlərinin inkişaf etdirilməsi əsas prioritetlər kimi müəyyən olunub. İİTKM-in bu istiqamətdə atdığı konkret və sistemli addımlar Azərbaycanın süni intellekt dövrünə keçid prosesində mühüm rol oynayır.

“Texnologiya” nominasiyasında yalnız İİTKM deyil, həmçinin milli, regional və beynəlxalq səviyyədə fəaliyyət göstərən dövlət və özəl qurumlar, texnoloji startaplar və qabaqcıl idarəetmə institutları da iştirak ediblər. Mərkəzin bu mükafata layiq görülməsi onun qlobal texnoloji idarəetmə ekosistemində lider aktor kimi mövqeyini bir daha təsdiqləyib. Əldə edilən bu uğur İİTKM-in süni intellekt (Sİ) və rəqəmsal texnologiyalar əsasında yeni nəsil idarəetmə modelini uğurla tətbiq etdiyini, eləcə də Azərbaycanda rəqəmsal dövlətçiliyin və Sİ-yönümlü idarəetmə arxitekturasının artıq beynəlxalq miqyasda nümunəyə çevrildiyini göstərir.

Mərkəzin formalaşdırdığı ağıllı, adaptiv və dayanıqlı idarəetmə sistemi yalnız yerli deyil, həm də qlobal səviyyədə tətbiq oluna bilən innovativ texnoloji və institusional model kimi dəyərləndirilir və Azərbaycan təcrübəsinin süni intellekt əsaslı idarəetmə sahəsində aparıcı nümunəyə çevrildiyini sübut edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025
İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025
İİTKM ali mükafata layiq görülüb

İİTKM ali mükafata layiq görülüb

17-06-2025
İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025
İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025
İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026
İİTKM Sinqapurda beynəlxalq mükafatlara layiq görülüb

İİTKM Sinqapurda beynəlxalq mükafatlara layiq görülüb

02-06-2026
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025
İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025
“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025
Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

12-05-2026
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Dövlət Məşğulluq Agentliyi mükafata layiq görülüb

Dövlət Məşğulluq Agentliyi mükafata layiq görülüb

02-05-2025
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025
İİTKM-in əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

İİTKM-in əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

05-09-2025
Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026
“Böyük Qayıdış” platforması iki nüfuzlu mükafata layiq görülüb

“Böyük Qayıdış” platforması iki nüfuzlu mükafata layiq görülüb

05-05-2026
Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib

05-01-2026
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə