İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan idarəetmə sahəsində həyata keçirdiyi fəaliyyətə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "GBAF Media" təşkilatının təsis etdiyi "Global Banking & Finance Awards 2026" proqramı çərçivəsində iki mükafata layiq görülüb. İİTKM aşağıdakı nominasiyalar üzrə qalib elan edilib:
“Best Digital Government Initiative (Smart Monitoring Platform) – Azerbaijan 2026”
(“Ən yaxşı rəqəmsal hökumət təşəbbüsü – Ağıllı Monitorinq Platforması, Azərbaycan
2026”) “Excellence in Innovation – Data-Driven Governance – Azerbaijan 2026” (“İnnovasiya sahəsində mükəmməllik – Məlumatlara əsaslanan idarəçilik, Azərbaycan 2026”) Mükafatlar İİTKM tərəfindən hazırlanmış Ağıllı Monitorinq Platformasının dövlət strategiyaları və proqramlarının monitorinqi, icra vəziyyətinin izlənilməsi və məlumatların təhlili istiqamətində tətbiq edilən imkanları nəzərə alınmaqla təqdim edilib.
Platforma dövlət proqramları və strateji sənədlər üzrə məlumatların vahid rəqəmsal mühitdə toplanmasını, icra prosesinin monitorinqini, nəticələrin qiymətləndirilməsini və potensial risklərin vaxtında müəyyən edilməsini təmin edir. Bununla yanaşı, platforma məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləyən analitik alətlərdən istifadə imkanları yaradır.
"Excellence in Innovation – Data-Driven Governance" nominasiyası dövlət idarəçiliyində məlumatların təhlilinə əsaslanan yanaşmaların tətbiqi və bu istiqamətdə formalaşdırılmış rəqəmsal həllərin qiymətləndirilməsi əsasında təqdim olunub.
Qeyd edək ki, İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər dövlət idarəçiliyində rəqəmsal transformasiya, nəticəyönümlü monitorinq və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafına xidmət edir.
Təqdim olunan rəsmi qeydiyyat sənədlərinə əsasən, "Global Banking & Finance
Awards" və "Global Banking & Finance Review Awards" adları Böyük Britaniya və Şimali İrlandiyanın Ticarət Nişanları Reyestrində "GBAF Publications Limited" şirkətinin adına qeydiyyata alınmış ticarət nişanlarıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları