Previous Next
Bağla

Dövlət xidmətlərinin mobil bank tətbiqlərinə inteqrasiyası üçün təkliflər hazırlanıb

29-01-2026 14:23
Dövlət xidmətlərinin mobil bank tətbiqlərinə inteqrasiyası üçün təkliflər hazırlanıb

Azərbaycanda dövlət xidmətlərinin mobil bank tətbiqlərinə inteqrasiyası üçün texniki və hüquqi infrastrukturun formalaşdırılması zəruridir.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.

Sənəddə vurğulanır ki, ölkədə dövlət xidmətlərinin əhəmiyyətli hissəsi artıq rəqəmsallaşdırılsa da, bir sıra inzibati prosedurlar üzrə vətəndaşların hələ də fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməsi tələb olunur. Belə ki, sürücülük vəsiqəsinin yenilənməsi, avtomobilin qeydiyyatı, müxtəlif arayışların alınması, dövlət rüsumlarının ödənilməsi və digər oxşar xidmətlər üçün vətəndaşlar "ASAN Xidmət" mərkəzlərinə getməli və növbələrdə gözləməli olurlar.

Hesabatda qeyd edilir ki, mövcud yanaşma vətəndaşlar üçün əlavə vaxt itkisinə, dövlət üçün isə inzibati xərclərin artmasına səbəb olur. Dövlət xidmətlərinin mobil bank tətbiqləri üzərindən təqdim edilməsi fiziki müraciət ehtiyacını azalda, bank tətbiqlərinin gündəlik istifadə intensivliyini artıraraq onları rəqəmsal ekosistemdə əsas giriş nöqtələrindən birinə çevirə bilər. Bu isə dövlət mərkəzlərində növbələrin azalmasına, e-xidmətlərin payının artmasına, real vaxt rejimində statistik məlumatların toplanmasına və əlavə işçi resurslarına olan tələbatın azalmasına imkan yaradar.

"AmCham" ekspertləri bu məqsədlə texniki və hüquqi infrastrukturun yaradılmasını təklif edirlər. Onların fikrincə, dövlət xidmətlərinin rəqəmsal sistemləri ilə bank tətbiqləri arasında təhlükəsiz və mərhələli inteqrasiyanı təmin edən mexanizmlər formalaşdırılmalı, məlumat mübadiləsi üzrə vahid təhlükəsizlik və məxfilik standartları müəyyən edilməlidir:

"Eyni zamanda, fərdi məlumatların yalnız istifadəçinin yazılı və ya elektron razılığı əsasında ötürülməsi prinsiplərinə ciddi şəkildə əməl olunmalıdır".

Hesabatda vurğulanır ki, bu yanaşma bank tətbiqlərinin vətəndaşlar üçün gündəlik rəqəmsal xidmətlərə çıxış nöqtəsi kimi rolunu gücləndirməklə yanaşı, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılmasına və inzibati yükün azaldılmasına xidmət edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ASAN Finans layihəsinin əhatə dairəsi genişlənir

ASAN Finans layihəsinin əhatə dairəsi genişlənir

05-04-2019
"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

29-01-2026
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026
Rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir

Rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir

31-01-2026
İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib

28-04-2026
Azərbaycanda Universal Xidmət Fondunun yaradılması təklif edilir

Azərbaycanda Universal Xidmət Fondunun yaradılması təklif edilir

29-01-2026
“ASAN xidmət” yeni səlahiyyətlər verildi

“ASAN xidmət” yeni səlahiyyətlər verildi

19-03-2013
Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət davam edir

11-03-2020
Asan İmza xidməti artıq Bank BTB ASC–də

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018
Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020
Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016
“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025
“Asan İmza” Parisdə təqdim edilib

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026
“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020
Banklar “Elektron hökumət” portalı üzərindən xidmət göstərəcək

Banklar “Elektron hökumət” portalı üzərindən xidmət göstərəcək

10-01-2016
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025
Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılır

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılır

03-12-2025
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026
Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı

Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı

29-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə