Texnologiya sahəsində ixtisaslaşmış transmilli ABŞ şirkəti IBM uzun müddətdir hazırladığı ən incə və güclü kompüter çipini istehsal edib.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, çiplər bütün mövcud nümunələri üstələyir.
Bazarda olan çiplərə görə daha çox incə və 4 qat daha güclü olan çip hazırda dünyanın ən yaxşı kompüter çipi hesab olunur. IBM şirkətinin Samsung-la birgə hazırladığı çipin ölçüsü 7 nanometrdir. İntel çiplərinin ölçüsünü 14 nanometrdən kiçildərək 10 nanometr ölçüsündə çiplər hazırlayır. Bu da onu göstərir ki, IBM-in yeni çipi 7 nanometrlə dünyanın ən kiçik kompüter çipi sayılır.
IBM nümayəndələri qeyd edib ki, adi ölçülü prosessorlara 20 milyarddan çox 7 nanometrlik tranzistor yerləşə bilər, halbuki iPhone 6 smartfonunun prosessoru 2 milyard tranzistorla təchiz edilib, ən güclü 18 nüvəli Intel Xeon server prosessoru isə 5,5 milyard tranzistora malikdir.
Silisium ərintisinin tətbiqi də tranzistorların daha yüksək sürətlə dəyişməsinə və çipin müasir nümunələrlə müqayisədə enerji sərfiyyatını xeyli azaltmağa imkan verib.
Çiplərin elektron qurğulara yerləşdirilməsi ilə bağlı hələ ki heç bir açıqlama verilməyib.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri