Samsung ən incə telefonunu təqdim etdi

15-07-2015 / 11:38

Samsung Galaxy A-nın yeni modeli Galaxy A8 Samsung-un ən incə telefonu olaraq təqdim edildi.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, dünyanın ən incə telefonları sırasına qatılan Samsung Galaxy A8 5.9 mm qalınlıqdadır. 151 qram ağırlıqda olan Galaxy A8 5.7 düymlü Super AMOLED  ekranla təchiz olunub. 8 nüvəli Snapdragon 615 prosessoru ilə təchiz olunan telefon 2GB RAM və  32GB yaddaş sahəsinə malikdir.

Galaxy A8 16 meqapiksel İSOCELL arxa kamera və 5 meqapikselli  ön kamera ilə təchiz olunub.

Android 5.1.1 əməliyyat sistemi ilə işləyən telefon 3050 mAh batareya gücünə mailkdir. Bundan əlavə telefonun təhlükəsizliyi üçün barmaq izi skaneri quraşdırılıb.

                                                                                

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə