Kiçikölçülü kompüter nümayiş olunub

27-07-2015 / 14:30

Pipo şirkəti televizor və ya monitora qoşulma üçün HDMI konnektoruna malik və brelok formasında hazırlanmış kiçikölçülü X1 kompüterini nümayiş etdirib.
 
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Pipo şirkətinin yeni qurğusu Bay Trail platformasına əsaslanır.
 
Cihaz 1,33 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik Atom Z3735F prosessoru və Intel HD Graphics qrafik kontrolleri ilə təchiz edilib.
 
Brelok formasında olan kiçikölçülü kompüter  2 Gb əməli yaddaş və 32 Gb tutumunda fləş modulla təchiz edilib, sonuncunun tutumunu microSD yaddaş kartı ilə artırmaq olar. Kiçikölçülü kompüter Wi-Fi 802.11n və Bluetooth simsiz rabitə adapterlərinə malikdir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə