Çinin Lenovo şirkəti fləş-kart ölçüsündə IdeaCenter Stick 300 adlı kompüterini təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, IdeaCenter Stick 300 qurğusunun işləməsi üçün onu HDMI konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və maus lazımdır.
Mikro-kompüter dördnüvəli Intel Atom Z3735F prosessoru, 2 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğu Windows 8.1 əməliyyat sistemi ilə işləyir və Wi-Fi 802.11 b/g/n və Bluetooth 4.0 standartlarını dəstəkləyir. Daxili dinamikə malik olması onu digər qurğulardan fərqləndirir.
İyulda satışa çıxarılması planlaşdırılan IdeaCenter Stick 300 qurğusunun dəyəri 129 ABŞ dolları təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri