Previous Next
Bağla

"E-sosial" internet portalının funksiyaları genişləndirilir

29-05-2025 18:19
"E-sosial" internet portalının funksiyaları genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi fəaliyyət istiqamətlərinin rəqəmsallaşması tarixçəsinə nəzər salsaq, burada həmişə lokomotiv Dövlət Sosial Müdafiə Fondu olub. Çünki nazirliyin fəaliyyət istiqamətinin bir çox sahələri fondun fəaliyyəti ilə birbaşa əlaqədardır. Hazırda nazirlik 80-dən artıq qurumla inteqrasiya edilib. Burada həm dövlət, həm də özəl sektora aid qurumlar var. 50-dən artıq proaktiv xidmətlər mövcuddur və 90 faizdən yuxarı elektronlaşmaya nail olunub. Ümumilikdə isə nazirliyin rəqəmsallaşması birbaşa ökədə aparılan islahatlarla bağlıdır.

Xeberler.az məlumat verir ki, bunu DOST Agentliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda "Sosial sahədə innovasiyalar: Azərbaycan və rəqəmsal transformasiya" mövzusunda təqdimatla çıxışı zamanı deyib.

"Nazirliyin 2025-2027-ci illər üçün rəqəmsallaşma ilə bağlı strategiyası artıq təsdiq edilib. Burada ana hədəf data əsaslı qərarvermənin genişləndirilməsi, süni intellektlə bağlı xidmətlərin hazırlanması və həyata keçirilməsidir. Buraya istər vətəndaş müraciətlərinin süni intellekt əsasında cavablandırılması, istər əlilliyin təyinatı prosesində süni intellekt əsaslı həllərin tətbiqi, istərsə də məşğulluq sahəsində süni intellekt əsaslı həllərin yaradılması və digər istiqamətlərdə işlər daxildir. Ötən il nazirliyə 663 milyon sorğunun sistem vasitəsilə həyata keçirilməsi öz əksini tapıb. Burada istər tibbi sığorta, istər təhsil alan şəxslər, istərsə də bankdan kredit götürən şəxslərin razılığı əsasında məlumatlar aidiyyəti dövlət orqanları və özəl sektorla mübadilə edilib. Ümumilikdə, nazirliyin 159 xidmətinin 60-ı proaktiv şəkildə həyata keçirilir", - deyə o vurğulayıb.

"E-sosial" internet portalı barədə məlumat verən K.Əkpərov bildirib ki, hazırda portaldan 2,3 milyondan çox vətəndaş daim aktiv şəkildə istifadə edir. İstifadə imkanlarının genişləndirilməsi ilə bağlı işlər həyata keçirilir:”Məqsədimiz vətəndaşların nazirliyə müraciət etmədən məlumatlandırılmasını həyata keçirmək, proaktiv məlumatlandırma mexanizmini genişləndirmək və vətəndaşların məlumatları rahat formada əldə etməsini təmin etməkdir. Vətəndaşlarımız nazirliyin fəaliyyət sahəsindən demək olar ki, doğulandan ölənə qədər - bütün həyat dövründə aktiv şəkildə istifadə edirlər. Burada uşağın anadan olması zamanı təyin olunan müavinətdən tutmuş dəfnə görə müavinət, pensiya dövrü, sosial sığorta, fərdi uçot, əmək münasibətləri və s. yer alıb. Azərbaycan əhalisinin sayı 10,2 milyonu ötüb. Biz onların 90 faizdən çoxunu öz sistemlərimizdə əhatə edirik. Ən yaşlı pensiyaçımız 135 yaşlı xanımdır və Lənkəran şəhərində yaşayır. Ümumilikdə isə 100 yaşdan yuxarı 2 mindən çox şəxs pensiya və sosial müavinətlər alır. Hazırda "E-sosial" internet portalının funksiyalarının genişləndirilməsi ilə bağlı işlər həyata keçirilir. Portal üzərindən məşğulluq istiqamətində CV yaradılması ilə bağlı işlər görülür. Həmçinin elektron birja imkanları, vətəndaşların əmək bazarına çıxışı ilə bağlı xidmətlərin portal üzərindən reallaşdırılması üçün də tədbirlər görülür", - deyə K.Əkpərov fikirlərinə yekun vurub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

17-12-2022

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Sosial sahə üzrə e-xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

21-01-2025

Son 4 ayda sosial sahə üzrə 8 milyon 546 min elektron müraciət daxil olub

20-05-2025

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

Ötən il sosial sahə üzrə elektron xidmətlərə 27 milyon müraciət edilib

23-01-2026

Səkkiz ayda sosial sahə üzrə 16,7 milyon müraciət edilib

22-09-2025

Sinqapur saytında DOST modeli barədə məqalə dərc edilib

08-02-2025

I yarımildə sosial sahə üzrə 12,4 milyon elektron müraciət olunub

23-07-2025

Sosial sahədəki elektron xidmətlərə 34 milyondan çox müraciət edilib

16-12-2024

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Nazirlik: On bir ayda elektron xidmət üzrə 25 milyon müraciət daxil olub

22-12-2025

Nazirliyin e-xidmətlərinə yanvar-iyul aylarında 14,6 milyon müraciət edilib

19-08-2025

Nazirliyin e-xidmətlərinə ötən ay 2,3 milyon müraciət edilib

19-02-2025

Nazirliyin e-xidmətlərinə yanvar- may aylarında 10,7 milyon müraciət edilib

21-06-2025

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025

10 ayda Nazirliyin e-xidmətlərinə 22 milyon müraciət daxil olub

18-11-2025

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

Nazirliyin e-xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

19-09-2024

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə