Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində (MKİRM) “Elektron Resursların İşlənməsi” (Electronic Resources Usage) mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
MK-İRM-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bildirib ki, tədbirin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarından olan nümayəndələrə “EBSCO” məlumat bazasının xidmətləri haqqında məlumat vermək və onların bazaya qoşulması imkanlarını müzakirə etməkdir.
ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO” məlumat xidmətlərinin MDB üzrə nümayəndəsi Reiko Raie “EBSCO”nun qısa tarixindən danışıb. Şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. EBSCO nəşrlərindən istifadə etmək üçün alim və ziyalıdan xarici dil bilgisi tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.
Daha sonra Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb. Bildirib ki, AMEA-nın bir neçə institutu konsorsium vasitəsiylə dünyada çox məşhur olan EBSCO məlumat bazasına qoşulub.
Cəmilə Yusifova onu da qeyd edib ki, istifadəçilərə “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə etmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlər təşkil olunacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri