Previous Next
Bağla

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023 15:08
Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Klasterləşdirmədən istifadə etməklə loq-faylların emalı üçün metodun işlənməsi” (Development of a method for processing log files using clustering) adlı məqaləsi “Springer Nature” tərəfindən nəşr edilən “Soft Computing” jurnalında dərc olunub.

İnstitutdan Xeberler.az-a bildirilib ki, jurnal nüfuzlu “Web of Science” elmi bazasına daxildir və impakt faktoru 3.732-yə bərabərdir.

Məqalədə qeyd edilir ki, loq-fayl vebsaytda və ya serverdə baş verən bütün hadisələrin ardıcıl qeydiyyatını aparan, hər hansı bir mətn redaktorunda asanlıqla açıla bilən sənəddir. Bir çox loq-fayllar böyük həcmə malikdirlər. Texniki nasazlıqlar, virusa yoluxma, haker və DDoS hücumları zamanı administrator səbəbi tapmaq üçün jurnalda qeyd olunan məlumatlardan istifadə edə bilir ki, bu da arzuolunmaz problemlərin aradan qaldırılmasını asanlaşdırır və sürətləndirir.

Elmi-tədqiqat işində bir sıra loq-analiz funksiyaları və xüsusiyyətləri, veb-loqların növləri, formaları və s. araşdırılıb.

Qeyd edək ki, “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.

Jurnal “Scopus”, “Springerlink”, “DBLP”, “INSPEC”, “EBSCO host”, “Science Citation Index”, “Compendex”, “Computer Science Index” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın nüfuzlu texnologiya jurnalı azərbaycanlı alimdən yazıb

25-11-2022

Bulud resursları ilə bağlı yeni model təklif olunub

28-03-2023

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

04-09-2024

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015

Veb-səhifələrin ranqlaşdırılması ilə bağlı yeni yanaşma təklif edilib

25-07-2025

Referatlaşdırma yeni üsulla qiymətləndiriləcək

12-02-2016

İnformasiya axtarışı sistemlərinin intellektuallaşdırılması metodu təklif olunub

25-11-2024

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025

Süni intellekt alqoritmlərindən istifadə etməklə rəqəmsal irs sahəsində mühüm nəticə əldə olunub

05-08-2020

Azərbaycanda yeniyetmələr üçün ilk elmi kütləvi jurnal nəşr olunub

24-11-2009

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

İnstitut əməkdaşlarının məqaləsi beynəlxalq konfransın materiallarında dərc olunub

25-10-2018

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023

Tokio Milli İnformatika İnstitutundan Azərbaycan aliminə əməkdaşlıq təklif edilib

01-07-2025

Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub

07-09-2015

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

19-09-2024

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

E-informasiya mənbələrindən necə istifadə etmək olar?

28-09-2015

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

27-04-2025

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə