Previous Next
Bağla

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016 13:29
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Elektron elmin formalaşması problemləri istiqamətində bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi nəzərdə tutulur.

AMEA-dan  Xeberler.az-a  bu haqda şöbə müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.

O  qeyd edib ki, cari ildə şöbədə gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri, eləcə də ictimai və humanitar elmlər üzrə aparılan tədqiqatlarda İKT-nin tətbiqi perspektivləri araşdırılacaq.

Şöbə müdirinin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, əməkdaşların elmi əsərlərinin Vikipediya-da yerləşdirilməsi ilə əlaqədar işlər həyata keçirilir.

M.Səidova Elektron Kitabxana Mərkəzində Exlibris şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Resursların təsnifatının ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, institut əməkdaşlarının elektron elmi bazalardan istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, IEEE rəqəmsal bazası və onun “MyComputer” xidmətinə üzvlüklə əlaqədar işlərin aparılması nəzərdə tutulur.

Məruzəçi institut əməkdaşları üçün ACM, IEEE kimi rəqəmsal kitabxanalardan, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq EBSCO, EIFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyini söyləyib.

Şöbə müdiri “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransının təşkili işləri haqqında da məlumat verdi. Həmçinin şöbə əməkdaşlarının elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən danışdı.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim bibliometriyanın və gələcək nəsil e-kitabxanaların elmi-nəzəri əsaslarının dərindən araşdırılması, bu sahələrdə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd etdi. Viki-Mərkəzdə elmi əsərlərin Vikipediya-ya daxil edilməsi və viki-layihələr üzrə zəruri biliklərin şöbənin əməkdaşları tərəfindən tədrisi ilə bağlı treninqlərin keçirilməsinin bu sahələr üzrə peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

Elektron Kitabxana Mərkəzi təkmilləşdirilir

16-09-2015

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

Elektron kitabxanalarla bağlı problemlər müzakirə edilib

18-03-2016

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023

İKT terminlərinin toplanması və sistemləşdirilməsi sürətlənib

09-07-2015

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə