Previous Next
Bağla

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014 14:27
Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Xeberler.az bildirir ki, mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları  İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AİF prezidenti Osman Gündüz, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, KİV nümayəndələri iştirak edib.

Akif Əlizadə əvvəlcə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lent kəsib. Sonra qonaqlar elektron kitabxana, burada oxucular üçün yaradılan şəraitlə tanış olublar.

Rasim Əliquliyev qonaqlara elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb. 

Rasim Əliquliyev qeyd edib ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur. Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan "Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.

Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.

Sonra qonaqlara Elektron Kitabxana Mərkəzinin fəaliyyəti və burada həyata keçirilən layihələri əks etdirən təqdimat nümayiş etdirildi.  

Akif Əlizadə daha sonra institutun Elmi Tədqiqatlar Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdi. Qonaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzdə əməkdaşlar üçün yaradılan şəraitlə tanış oldular. Akademik Rasim Əliquliyev Mərkəzdə fəaliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verdi. Bildirildi ki, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. istiqamətlərdə elmi araşdırmalar aparılır.

Qonaqlar institutun yüksək texnologiyalar və müasir avadanlıqlarla təchizini, əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, bu, əməkdaşların fəaliyyətinin səmərəliyi və məhsuldarlığının artırılmasına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Kitabxana Mərkəzi təkmilləşdirilir

16-09-2015

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə