Previous Next
Bağla

Ədliyyə Nazirliyinin bir neçə xidməti "mygov"a inteqrasiya edilib

05-10-2026 17:06
Ədliyyə Nazirliyinin bir neçə xidməti "mygov"a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin "Daşınmaz əmlaka sərəncam etibarnaməsinin verilməsi", "Daşınmaz əmlaka sərəncam ərizəsi", "Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi", "Vərəsəlik etibarnaməsinin verilməsi", "Sərbəst məzmunlu ərizə", "Ərizədən imtina ərizəsi" və "Dərmanların alınması üçün etibarnamənin verilməsi" xidmətləri "mygov"a inteqrasiya edilib.

Xeberler.az bildirir ki, bu barədə məlumat verilib.

Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim olunması məqsədilə "mygov"da Ədliyyə Nazirliyinin notariat xidmətlərinin əhatə dairəsi genişləndirilib.

Artıq vətəndaşlar daşınmaz əmlak üzrə səlahiyyətlərini digər şəxsə həvalə etmək üçün "mygov" üzərindən "Daşınmaz əmlaka sərəncam etibarnaməsinin verilməsi" xidmətindən istifadə edə bilərlər. Buraya əmlakın özgəninkiləşdirilməsi, ipotekaya verilməsi və digər sərəncam əməliyyatları üzrə səlahiyyətlərin digər şəxsə həvalə edilməsi daxildir.

"Daşınmaz əmlaka sərəncam ərizəsi" xidməti isə daşınmaz əmlak üzərində müəyyən hüquq və səlahiyyətlərin digər şəxsə ötürülməsinə mülkiyyətçinin razılığının elektron qaydada rəsmiləşdirilməsini təmin edir.

Mülkiyyətçi, həmçinin "Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi" xidməti vasitəsilə digər şəxslərin həmin ünvanda qeydiyyata alınmasına razılığını "mygov"da elektron qaydada təsdiq edə bilər.

Bundan əlavə, "Vərəsəlik etibarnaməsinin verilməsi" xidməti vasitəsilə vətəndaşlar vərəsəlik işləri üzrə sənədlərin toplanması və miras əmlakın rəsmiləşdirilməsi üçün səlahiyyətlərini digər şəxsə elektron qaydada həvalə edə bilərlər.

Müxtəlif məzmunlu ərizələrin elektron qaydada rəsmiləşdirilməsinə imkan verən daha iki xidmət də "mygov" platformasına inteqrasiya edilib.

Vətəndaşlar "Sərbəst məzmunlu ərizə" xidməti vasitəsilə "mygov"da notariat ərizələri kimi təqdim olunmayan digər ərizə növləri ilə bağlı müraciət ünvanlaya bilərlər. Bunun üçün əvvəlcə ərizənin ünvanlanacağı qurum seçilir, daha sonra ərizə mətni və zəruri sənədlər sistemə yüklənir. Məlumatların doğruluğu təsdiqləndikdən və ödəniş prosesi tamamlandıqdan sonra müraciət elektron qaydada təqdim olunur.

Vətəndaş daha əvvəl təqdim etdiyi ərizədən elektron qaydada "Ərizədən imtina ərizəsi" xidməti vasitəsilə imtina edə bilər. Bunun üçün imtina ediləcək ərizə seçilir, imtina səbəbi qeyd olunur və məlumatların doğruluğu yoxlanılır. Bütün mərhələlər yekunlaşdıqdan sonra müraciət aidiyyəti quruma elektron qaydada göndərilir.

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödənişsiz və ya güzəştli dərman vasitələrinin vətəndaşın etibar etdiyi digər şəxs tərəfindən əldə olunması üçün "Dərmanların alınması üçün etibarnamənin verilməsi" xidməti də "mygov" platformasına inteqrasiya edilib. Xidmət üzrə əvvəlcə vətəndaşın güzəştli dərman almaq hüququ sistem üzərindən yoxlanılır, daha sonra vətəndaşın məlumatlarının doğruluğu təsdiqlənir. Ödəniş mərhələsi başa çatdıqdan sonra müraciət elektron qaydada təqdim olunur.

Qeyd olunan bütün xidmətlər üzrə vətəndaşların müraciətləri notariat qaydasında rəsmiləşdirilir.

Qeyd edək ki, bununla da Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5, notariat fəaliyyəti ilə bağlı 16 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim edilməsi xidmətləri "mygov" platformasına inteqrasiya olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

24-09-2024
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026
Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq "mygov"dan əldə etmək mümkündür

Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq "mygov"dan əldə etmək mümkündür

31-08-2026
Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

24-02-2025
Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019
myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

02-08-2019
"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021
Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər

04-08-2026
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019
“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020
Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025
Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019
Doğum şəhadətnaməsinə müraciət "mygov"a inteqrasiya edilib

Doğum şəhadətnaməsinə müraciət "mygov"a inteqrasiya edilib

08-01-2025
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019
"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024
Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024
"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə