Previous Next
Bağla

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019 15:05
Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Servitut-mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun rəsmiləşdirilməsi və ya ləğv edilməsi elektron şəkildə də yerinə yetirilir. Vətəndaşın bu sahədəki işi xeyli sadələşdi.

Xeberler.az  bildirir ki, xidmətin həyata keçirilməsi üçün müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur. Həmçinin dövlət və bələdiyyə orqanının əsasnaməsinin və nizamnaməsinin rekvizitləri, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi tələblər sırasındadır. Bu xidmət 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 20 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn
şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçünsə müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Həmçinin daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildirilməlidir ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün e-emdk.gov.az saytına daxil olmaqla 23-cü və 24-cü bölməni seçə bilərsiz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə