Previous Next
Bağla

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019 11:32
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti sayəsində mümkündür. Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə əhalinin qeydiyyatla bağlı işini sadələşdirir.

Xeberler.az  bildirir ki, həmin elektron xidmətin vasitəsilə əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə, əmlakın ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur. Eyni zamanda, vətəndaşın ipoteka, girov, alqı-satqı, bağışlanma kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı da mövcuddur. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Daha sonra xidmət haqqı olaraq ödəniləcək məbləğ ekranda əks olunacaq. İstifadəçi “Kartın növü” sətrində xüsusi işarə vasitəsilə ödəniş edəcəyi elektron kartın növünü seçərək “Ödə” düyməsini seçməlidir.

Qeyd edilməlidir ki, xidmətin istifadəsi üçün 10 manat xidmət haqqı nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir.

Bu sərfəli xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır. Vətəndaşlar bu xidməti elektron qayda ilə yanaşı, Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə yerinə yetirə bilərlər. Bu zaman onlardan xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu
barədə səlahiyyəti təsdiq edən etibarnamə və ərizə tələb olunur. Adıçəkilən xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Belə ki, xidmət əmlakla bağlı əməliyyatlar edən zaman yarana biləcək nöqsanların aradan qaldırılmasına imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vətəndaşların işini asanlaşdıran daha bir elektron xidmət

Vətəndaşların işini asanlaşdıran daha bir elektron xidmət

16-06-2016
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019
Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019
"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021
Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019
Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
SMS-lə əmlakın icarə borcunu öyrənin

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018
Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019
Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019
Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017
“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020
Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə