Previous Next
Bağla

Ekspert: 17 yaşlı gənc sosial şəbəkəyə valideyn icazəsi ilə daxil olmalıdır?

09-06-2026 15:09
Ekspert: 17 yaşlı gənc sosial şəbəkəyə valideyn icazəsi ilə daxil olmalıdır?

Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı hazırlanmış yeni qanun layihəsi ictimai müzakirələrə səbəb olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, xüsusilə 16-18 yaş qrupu ilə bağlı müddəalar daha dərindən təhlil edilməlidir.

Xeberler.az məlumat verir ki, ekspert bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, layihəyə əsasən dövlət tərəfindən müəyyən ediləcək sosial şəbəkə platformalarında 16 yaşadək uşaqlar üçün hesab açılması qadağan olunur. Qanun qüvvəyə mindikdən sonra mövcud hesabların da yoxlanılması və yaş təsdiqlənmədiyi halda silinməsi nəzərdə tutulur.

Layihədə 16-18 yaşlı istifadəçilər üçün ayrıca rejim müəyyənləşdirilir. Bu yaş qrupuna aid şəxslər üçün valideyn razılığı, valideyn nəzarəti, xüsusi təhlükəsizlik tədbirləri, məzmun və reklam məhdudiyyətləri, eləcə də geolokasiya məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur. Tələblərin Instagram, Facebook, TikTok, X, Snapchat və digər oxşar platformalara şamil ediləcəyi bildirilir.

Osman Gündüz qeyd edib ki, uşaqların onlayn mühitdə qorunması vacib olsa da, 16-18 yaşlı gənclərlə bağlı yanaşma bir sıra suallar doğurur. Onun fikrincə, bu yaş qrupunda proqramlaşdırma ilə məşğul olan, startap quran, beynəlxalq layihələrdə və olimpiadalarda iştirak edən, hətta öz biznesini idarə edən gənclər kifayət qədərdir.

Ekspert hesab edir ki, belə bir şəraitdə 17 yaşlı gənclərin sosial şəbəkələrə valideyn razılığı ilə daxil olması, onların istifadə vaxtına və məzmun seçiminə valideyn nəzarətinin tətbiqi rəqəmsal inkişaf və beynəlxalq rəqabət imkanlarına təsir göstərə bilər.

O bildirib ki, beynəlxalq təcrübədə əsas konsensus daha çox 13 yaşadək uşaqların qorunması ətrafında formalaşıb, ən çox müzakirə olunan məsələ isə məhz 16-18 yaş qrupudur.

Paylaşımda həmçinin qeyd olunub ki, qanunun praktik tətbiqi, yaş yoxlama mexanizmlərinin işləkliyi, VPN və digər texniki vasitələrlə məhdudiyyətlərin aşılması ehtimalları, eləcə də qlobal platformaların Azərbaycanda nümayəndəlik açmaqda maraqlı olub-olmayacağı kimi məsələlər də açıq qalır.

Osman Gündüzün fikrincə, ictimai müzakirələr zamanı uşaqların təhlükəsizliyi ilə onların rəqəmsal inkişafı arasında optimal balansın tapılması əsas prioritet olmalıdır. O, 13 yaşadək uşaqlar üçün daha sərt məhdudiyyətlərin əsaslandırılmış olduğunu, 13-15 yaş qrupu üçün mərhələli yanaşmanın tətbiq edilə biləcəyini, 16-18 yaş qrupu ilə bağlı müddəaların isə daha geniş müzakirəyə ehtiyac duyduğunu vurğulayıb.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

30-11-2024
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

08-11-2024
Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - Osman Gündüz

Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - Osman Gündüz

27-02-2026
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020
BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

18-06-2026
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

18-06-2026
Roblox uşaqlar üçün yeni hesab növləri təqdim edəcək

Roblox uşaqlar üçün yeni hesab növləri təqdim edəcək

14-04-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

12-11-2025
Böyük Britaniyada “TikTok” və “Reddit”ə qarşı təhqiqat başlanıb

Böyük Britaniyada “TikTok” və “Reddit”ə qarşı təhqiqat başlanıb

03-03-2025
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015
Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

17-06-2026
Fransa və İspaniya sosial şəbəkələrə məcburi yaş məhdudiyyəti qoya bilər

Fransa və İspaniya sosial şəbəkələrə məcburi yaş məhdudiyyəti qoya bilər

16-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə