Previous Next
Bağla

Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - Osman Gündüz

27-02-2026 20:13
Uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır - Osman Gündüz

Azərbaycanda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyulur. Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması haqqında” Sərəncam imzalayıb.

Xeberler.az bildirir ki, bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, Ekspert Osman Gündüz münasibət bildirib.

Ekspert qeyd edib ki, bu sənəd ölkənin rəqəmsal ekosistemində, xüsusilə sosial media sahəsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, sənəddə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi və bu istiqamətdə normativ hüquqi aktların hazırlanması nəzərdə tutulur.

Qeyd olunub ki, indiyədək sosial platformalarda yaş məhdudiyyətləri əsasən formal xarakter daşıyıb və istifadəçilər doğum tarixlərini dəyişməklə bu qaydaları asanlıqla keçə biliblər. Bu isə uşaqların zərərli kontentlərlə qarşılaşmasına şərait yaradıb.

Ekspertin fikrincə, yeni yanaşma bu boşluğu aradan qaldırmağa yönəlib və həm uşaqların qorunması, həm də rəqəmsal suverenliyin təmin edilməsi baxımından mühüm addımdır.

Texniki tətbiq imkanlarına gəldikdə isə bir neçə variant müzakirə olunur. Bunlara süni intellekt əsaslı yaş təyini, dövlət identifikasiya sistemləri ilə inteqrasiya və valideyn nəzarəti mexanizmlərinin tətbiqi daxildir. Bununla yanaşı, bu yanaşmaların məxfilik, texniki uyğunlaşma və beynəlxalq platformalarla əməkdaşlıq baxımından müəyyən çətinliklər yarada biləcəyi vurğulanır.

Osman Gündüz hesab edir ki, Azərbaycan bazarının qlobal platformalar üçün böyük iqtisadi əhəmiyyət daşımaması səbəbindən, sərt tənzimləmələr bəzi xidmətlərin məhdudlaşdırılması və ya platformaların əməkdaşlıqdan imtinası ilə nəticələnə bilər. Bu isə alternativ olaraq VPN istifadəsinin artmasına və nəzarət mexanizmlərinin zəifləməsinə gətirib çıxara bilər.

Bundan əlavə, ifrat tənzimləmələrin uşaqların rəqəmsal bacarıqlarına, yaradıcılığına və qlobal rəqabət imkanlarına mənfi təsir göstərə biləcəyi də qeyd olunur.

Ekspert vurğulayıb ki, məsələnin effektiv həlli üçün bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin aparılması, balanslı və milli maraqlara uyğun mexanizmlərin hazırlanması vacibdir. Eyni zamanda, cəmiyyətin maarifləndirilməsi və valideynlərin fəal iştirakı uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

23-12-2025
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
Ekspert: 17 yaşlı gənc sosial şəbəkəyə valideyn icazəsi ilə daxil olmalıdır?

Ekspert: 17 yaşlı gənc sosial şəbəkəyə valideyn icazəsi ilə daxil olmalıdır?

09-06-2026
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026
“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025
Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

11-06-2026
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

08-06-2026
Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

18-06-2026
Britaniyada uşaqlara sosial şəbəkə məhdudiyyətləri tətbiq ediləcək

Britaniyada uşaqlara sosial şəbəkə məhdudiyyətləri tətbiq ediləcək

09-06-2025
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə