Xeberler.az bildirir ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) özəl provayderlərə qarşı haqsız rəqabəti davam edir. Bir müddətdir ki, müxtəlif regionlardan özəl provayderlərin Aztelecom tərəfindən sıxışdırılaraq müştərilərin məcburən dövlət provayderinə keçməsi və internetin keyfiyyətsiz olması ilə bağlı şikayətlər daxil olur.
Belə ki, özəl İSP-lər üçün rabitə quyularına giriş qadağan olunub, ATS-dəki dövlət resursları da özəl provayderlərin üzünə bağlanıb. Dövlətə məxsus olan telekommunikasiya resurslarından dövlət və özəl İSP-lərin bərabər əsaslarla istifadəsi mümkünsüz olub.
Hazırda bir sıra provayderlər bununla bağlı məhkəməyə müraciət edib.
Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
“NRYTN innovasiya adı altında, müştəriyə yaxın ərazidə ONA tipli ATS quraşdırır. Köhnə ATS-dən buradək olan məsafəni fiberoptik edir. Buradan müştəriyədək olan məsafə isə yenə də köhnə mis məftil üzərində quraşdırılır.
Bundan sonra NRYTN özəl provayderə bildirir ki, onların köhnə ATS-də olan avadanlıqları dərhal yeni ONA ətrafına daşınmalıdır. Provaydrelər isə təbii ki, qısa müddətdə burada öz avadanlıqlarını quraşdıra bilmir. Çünki ONA-da yer yoxdur, həmin ərazidə torpaq icarəyə götürmək, quraşdırma işləri aparmaq, elektrik xətti çəkmək və s. elə də asan məsələ deyil və zaman tələb edir.
Belə olan halda isə onların bütün müştəriləri, müştərinin və provayderin razılığı olmadan Aztelekom üzərinə keçirilir“.
Osman Gündüzün sözlərinə görə, müştəriləri “oğurlanan“ rayonlar arasında birinci yeri Abşeron tutur. Bu rayondan son zamanlar özəl İSP-lərin toplam təxminən 23 min müştərisi oğurlanıb.
İkinci yeri isə Xaçmaz rayonu tutur. Bu rayonda son zamanlar özəl provayderlərin təxminən 7 min müştərisi “oğurlanıb“ və Aztelekoma keçirilib.
Hazırda isə bu rayonda ümumiyyətlə özəl provayder yoxdur.
Ekspert şəhərlər arasında ən çox müştərisi “oğurlananın“ Gəncə olduğunu bildirib. Belə ki, son zamanlarda Gəncədə özəl provayderlərin təxminən 25 min müştərisi “oğurlanıb“.
Siyahıda ikinci yeri Sumqayıt şəhəri tutur. Burada soz zamanlarda özəl provayderlərin təxminən 20 min müştərisi “oğurlanıb“.
Osman Gündüz son olaraq ən çox müştərisi “oğurlanan“ özəl provayderlərin adlarını açıqlayıb.
1. Avirtel – təxminən 10 min müştərisi oğurlanıb
2. DataPlus
3. TransEuroCom
4. Smart
5. Evrotel
6. Alfanet
7. Metronet
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri