Previous Next
Bağla

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000 14:57
Ekspert: NRYTN haqsız rəqabət aparır

Xeberler.az bildirir ki, Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır.

Əksər xəbər portalı “Ölkədə internetin sürəti zəifləyib? (RƏSMİ)” başlığı altında yazı veriblər. Xəbərlə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

“Xəbərlərin hamısında eyni başlıq və eyni yazı. Nəqliyyat Rabitə və Yüksək texnologiyalar Nazirliyinin (NRYTN) sözçüsünə və mənə istinad ediblər. Kütləvi tirajlanmadan belə qənaətə gəlmək olar ki, NRYTN həmin yazının getməsində çox maraqlı olub.

Dərhal qeyd edirəm və təəssüflə bildirirəm ki, Oxu.az-ın əməkdaşının məndən aldığı açıqlamanın çox cüzi bir hissəsi verilib. Bilmirəm bu məqsədyönlü olaraq ya tələskənlikdən edilib, amma bununla da problemin mahiyyəti ilə bağlı dediklərim öz əksini tapmayıb.

Provayderlərin çəkidə aldatması ilə bütövlükdə ölkədə internetin keyfiyyəti və qiyməti problemi çox fərqli məsələlərdir.

Odur ki, bir qədər də anlaşıqlı formada ölkədə internetin keyfiyyəti və qiymət probleminin səbəbini bir daha açıqlamaq istərdim :

1. İnternet bazarın 65%-nə NRYTN tabeliyində olan qurumlar  (Baktelecom, Aztelekom, Azeurotel , AzDataCom, Azercell) nəzarət edir. Bu qurumların satdığı İnternet kifayət qədər bahadır. Məsələn, 

10 manat – 1 mb/s Aztelekom - ADSL
30 manat - 5 mb/s -Aztelekom – ADSL
30 manat - 6 mb/s -Baktelecom – ADSL

18 manat, 20 mb/s, Baktelecom -OPTİK

80 manat , 100 mb/s, Baktelecom, OPTİK

Müqayisə üçün :
Ukrayna
6 manat, ADSL+, 20 mb/s
(8 manat, optik internet, 100 mb/s , Ukrtelekom)

Qazaxstan 
15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .
( 30 manat , optik internet, 200 mb/s, Kaztelekom)

Rusiya (Moskva) 
15 - 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)

Gürcustan
30 manat, 50 mb/s ( Magticom)

2. NRYTN haqsız rəqabət aparır. (Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib) Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər.

3. Özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarın 65% nə nəzarət edən dövlət provayderləri DeltaTelecom-un 70% qiymət endirimini baykot etdilər.

4. Müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar. 
Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir.“

Osman Gündüz İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün Nə etməli ? sualına da  aydınlıq gətirib:

1. Qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.

Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir.

2. NRYTN-nin haqsız rəqabətinə son qoyulmalıdır, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır, Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır.

3. Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır.

4. Dövlət provayderləri özəlləşdirilməlidir.

5. Hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət Proqramı hazırlanmalıdır.

6. Müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

19-05-2020
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Azercell internetin qiymətini 20 faiz qaldırdı

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018
Azərbaycanda orta internet sürəti niyə zəifdir?

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018
Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom  tərəfindən “oğurlanır“

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020
ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019
“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017
Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilib

Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilib

01-11-2021
Mobil telefonların qeydiyyat qiyməti qalxdı

Mobil telefonların qeydiyyat qiyməti qalxdı

02-08-2018
Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə