Previous Next
Bağla

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019 11:08
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Xeberler.az bildirir ki, Antiinhisar Dövlət Xidməti Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üçün icrası məcburi olan daha bir qərar qəbul edib. Səlahiyyətli dövlət qurumları Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçılığının qarşısını almaq məqsədilə konkret addımlar atmağa başlayıb. Antiinhisar Dövlət qurumu və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti özəl provayderlərin, o cümlədən AzərConnect, AzerTelecom və digərlərinin Baktelekoma (Bakı Telefon Rabitəsi MMC) qarşı iddiasını araşdırıb.  Adı çəkilən qurumlar Baktelekom tərəfindən antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından, haqsız rəqabətə yol verilməsindən , kabel-kanal sistemindən istifadəyə məqsədyönlü olaraq şərait yaradılmamasından Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər. İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələ ilə bağlı fikir bildirib:

"Uzun müddətdir ki, NRYTN heç bir özəl provayderi və operatoru dövlətə məxsus olan kabel-kanal sisteminən istifadəyə yaxın buraxmır. Nazirlik kabel-kanal sistemində sıxlıq olduğunu bu səbədən xətlərin yalnız icarəyə verə biləcəyini bildirirdi.  Provaydrelər isə bunun səmərəli olmadığını, icarə haqlarının yüksək olduğunu, təhlükəsizlik baxımından məqsədəuyğun olmadığını əsas gətirərək özəl xətlərin çəkilməsində israr edirdilər. Dövlətə məxsus olan bu resursdan istifadə ilə bağlı Qaydalar isə indiyədək hazırlanmayıb. Nazirlik 3 ildir ki, özəl provayderlərdən daxil olan bütün müraciətlərə, texniki imkanın olmaması, kabel-kanal sistemində sıxlığın olmasını əsas gətirərək rədd cavabı verirdi. Özəl provayderlər isə bunun qəsdən edildiyini, kabel-kanal sistemində imkanların mövcud olduğunu, rədd cavabının haqsız rəqabət məqsədilə, dövlət operatorları olan Baktelekom-un və Aztelekom-un bazarda üstünlük qazanmaq üçün edildiyini bildirirdilər. Onlar kabel-kanal sisteminə birgə baxış keçirilməsini, hətta imkanların olmadığı sahələrdə birgə investisiya yatırımı təklif edirdilər. Beləliklə, cari ayın əvvəli Antiinhisar Dövlət Xidməti daxil olan müraciətləri araşdırararq , Haqsız Rəqabət haqqında qanunun, Telekommunikasiya haqqında qanunun, antiinhisar qanunvericiliyin tələblərini əsas tutaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib. Qərarda Bakı şəhəri üzrə bəlli ərazilərdə kabel-kanal sisteminə ekspertiza-baxış keçirilməsi, şəraitin olduğu yerlərdə sistemdən istifadə üçün dərhal imkanların yaradılması, şəratin olmadığı iddia olunan ərazilərdə isə bunun səbəbləri haqqında , kabel-kanal sisteminin gücü və mövcud durumu haqında Antiinhisar qurumuna əsaslandırılmış məlumat verilməlidir".

Ekspertin sözlərinə görə, Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderlər üçün bağlı olan rabitə quyularının qapağının açılmasına səbəb olacaq.

Ümid edirəm, NRYTN tezliklə bunu icra edəcək, dövlət və özəl provayderlərin bu kabel-kanal sistemindən bərabər əsaslarla istifadəsi üçün Qaydalar müəyyən edəcək və haqsız rəqabətə yol verməyəcək- deyə Osman Gündüz bildirib.

Sonda ekspertin sözlərinə görə, Antiinhisar Dövlət Xidməti, baxmayaraq ki, Prezidentin ilyarım öncə verdiyi fərmana uyğun olaraq tam formalaşmayıb, son dövrlərdə görünür ki , ölkədə aparılan islahatlara uyğun olaraq, ciddi, prinsipial qərarlar qəbul edir. Anlaşılandır ki, ciddi maraq toqquşmaları yaradan bu tip qərarlar asanlıqla qəbul edilmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Nazirliklə Bakcell arasında mübarizə davam edir

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019
Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019
Provayderlər yeni qaydaları gözləyir

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017
Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022
Bakının telefon kabel sistemi təkmilləşdirilir

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016
Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

Kabel-kanal sistemindən istifadə qaydaları gündəmdədir

13-07-2018
Ekspert: Bir bina bir provayderindir

Ekspert: Bir bina bir provayderindir

22-09-2022
"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022
“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Hökumətin Antiinhisar qurumu varmı ?

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019
Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018
 BTRİB-in kabel-kanal sistemində nə baş verib?

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016
Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə