Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020 19:15
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?
Azərbaycanda İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar nəzarət edir. 
 
Xeberler.az bildirir ki, bu barədə məlumat verən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu qurumların satdığı İnternet kifayət qədər bahadır: “Məsələn,
 
10 manat – 1 mb/s Aztelekom – ADSL
30 manat – 5 mb/s -Aztelekom – ADSL
30 manat – 6 mb/s -Baktelecom – ADSL
18 manat, 20 mb/s, Baktelecom -OPTİK
80 manat , 100 mb/s, Baktelecom, OPTİK
 
Müqayisə üçün :
 
Ukrayna
6 manat, ADSL+, 20 mb/s
(8 manat, optik internet, 100 mb/s, Ukrtelekom) 
 
Qazaxıstan
15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .
(30 manat, optik internet, 200 mb/s, Kaztelekom)
  
Rusiya (Moskva)
15 – 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)
 
Gürcüstan
30 manat, 50 mb/s ( Magticom)”.
 
Mütəxəssis bildirir ki, NRYTN haqsız rəqabət aparır: “Artıq Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provayderləri isə bu resurslardan sərbəst istifadə edirlər. Bundan əlavə, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri “DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot etdilər”.
  
O.Gündüzün sözlərinə görə, müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar: “Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui-istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir. İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün nə etməli? Əvvəla, qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.
 
Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir. İkincisi, NRYTN-nin haqsız rəqabətinə son qoyulmalı, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır, Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır. Üçüncüsü, Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır. Dördüncüsü, dövlət provayderləri özəlləşdirilməlidir. Beşincisi, hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Nəhayət, altıncısı, müqavilədə göstərilən sürəti verməməyə görə, “çəkidə aldatma” ilə bağlı sərt tədbirlər görülməlidir”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Mobil telefonların qeydiyyat qiyməti qalxdı

02-08-2018

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

20-09-2018

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilib

01-11-2021

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019

Azərbaycanın dövlət internet-provayderləri internet qiymətlərini endiriblər

02-10-2009

Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

19-05-2020

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

11-09-2009

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə