Previous Next
Bağla

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019 21:06
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

"Aztelekom" tender elan edib və 3000 ədəd LTE modemi almaq üçün 397800 AZN ayırıb. Modemi istifadəçilərə 180 manata satacaq. Ötən il “Baktelecom” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC – Red.) LTE modemlər üçün təxminən elə bu qədər vəsait xərcləmişdi. “Baktelecom” dövlət hesabına alınan bu modemləri daha baha, 210 manata satır”.

Xeberler.az bildirir ki, bu sözləri ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Sərt fikirlər səsləndirən Osman Gündüz sözlərinə belə davam edib:

"Aztelekom" ötən ay keçirilən daha bir tenderlə , İPTV infrastrukturu qurmaq üçün 530574.02 AZN xərcləyəcək. Ötən il də bu məqsədlə milyonlarla vəsait xərcləyib. Qurum cari ilin əvvəli keçirdiyi tenderlə 30080 sayda ADSL və 640 sayda POTS port tutumu yaradılması üçün DSLAM avadanlığına 796004.12 AZN ayırıb.

"Aztelekom" ötən il özünə məxsus olan internet şəbəkəsinin qurulmasına bir şirkətə 14 milyon manat ayırıb.

"Aztelekom" və “Baktelecom” dövlət operatorları kommersiya fəaliyyətlərini təmin etmək üçün dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər.

Hər iki dövlət qurumu getdikcə bazarda xüsusi çəkilərini artırırlar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tənzimləməni onların xeyrinə aparır. Çünki öz qurumlarıdır.

Özəllər hələlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və məhkəmələrə üz tutublar.

Antiinhisar Xidməti bu dövlət qurumlarına məxsus resurslardan dövlət və özəl provayderlərin bərabər əsaslarla istifadəsi məqsədilə NRYTN üçün məcburi olan qərar qəbul edib. Qərar indiyədək icra olunmayıb və NRYTN bununla bağlı heç vaxt açıqlama verməyib.

“Aztelekom”un inhisarçılığı ilə bağlı regionalrda özəl provaydrelərin sayı azalıb.

Əslində bu qədər dövlət vəsaitləri, bu qədər dövlət resursları qarşısında özəl provayderlər tab gətirə bilirlərsə, bu özü bir qəhrəmanlıq hesab oluna bilər.

Xatırladıram ki, Prezident bir müddət öncə məhz bu tip inhisarçılığın qarşısnı almaq üçün yeni təyin olunan nazir Mikayıl Cabbarova ciddi tapşırıqlar verib.

Ümid edirəm, nazir haqsız rəqabətin qarşısını ala biləcək və Antiinhisarın rolunu gücləndirəcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023

“Aztelekom” “Huavei”dən 850 min manatlıq avadanlıq alır

24-08-2020

Ekspert: "Dövlət operatorları yardım etməmək üçün sanki dirəniblər"

30-03-2020

"İnternet provayderlərinin şikayətləri əsassızdır"

15-12-2022

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

12-11-2018

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Özəl provayderlərə qarşı “İnnovativ müharibə“ elan edilib

15-10-2019

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə