Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycan Hava Yolları rəhbərliyi ilə keçirdiyi görüş barədə məlumat verib.
Ekspertin sözlərinə görə, görüşdə AZAL-ın prezidenti Samir Rzayev son illər həyata keçirilən yeniliklər, ilk Airbus A321neo təyyarəsinin istismara verilməsi, rəqəmsal transformasiya, xidmət keyfiyyətinin yüksəldilməsi, universitetlərlə əməkdaşlıq, kadr hazırlığı, rəqabətli mühitin formalaşdırılması və beynəlxalq marşrutlarla bağlı gələcək planlar barədə məlumat verib.
Osman Gündüz bildirib ki, görüş zamanı ictimaiyyəti daha çox maraqlandıran məsələlər – aviabiletlərin qiymətləri, uçuşların əlçatanlığı və xidmət keyfiyyəti ətrafında geniş müzakirələr aparılıb.
Onun sözlərinə görə, müzakirə zamanı aşağıdakı məsələlər gündəmə gətirilib:
Ekspert qeyd edib ki, AZAL prezidenti görüş zamanı regional hava limanlarının xarici operatorların idarəçiliyinə verilməsi variantının nəzərdən keçirildiyini açıqlayıb. Eyni zamanda, hava limanlarının idarə olunması ilə aviaşirkətin fəaliyyətinin institusional şəkildə ayrılması məsələsinin də müzakirə olunduğunu bildirib.
Osman Gündüz vurğulayıb ki, görüşdə Kutaisi hava limanının yaratdığı rəqabət üstünlüyü dəfələrlə müzakirə olunub və AZAL rəhbərliyinin bu məsələnin əhəmiyyətini nəzərə aldığı müşahidə edilib.
Ekspert hesab edir ki, planlaşdırılan islahatlar ardıcıl şəkildə həyata keçirilərsə, ölkədə aviasiya bazarında rəqabət güclənə, regional hava limanlarının potensialından daha səmərəli istifadə oluna və sərnişinlər üçün daha keyfiyyətli, əlçatan xidmətlər formalaşa bilər.
O, həmçinin görüş zamanı AZAL rəhbərliyinin nümayiş etdirdiyi açıq dialoq mühitini, suallara ətraflı cavab verməsini və konstruktiv yanaşmasını müsbət qiymətləndirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları