Previous Next
Bağla

Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?

16-02-2021 21:17
Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?
"Artıq uşaq bağçalarının fəaliyyəti bərpa olunub. Düşündüm ki, məktəbəqədər təhsil müəssisələrinin işləmədiyi müddətdə bəlkə də Bakı Şəhər İcra Hakimiyyəti bağçalara qəbul üçün elektron bir sistem hazırlaya bilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz  uşaq bağçalarının fəaliyyətinin bərpa olunması barədə danışarkən deyib:
 
"Xatıralyıram ki, iki-üç il öncə , 2018-ci ildə dövlətə məxsus bağçaların tabe olduğu BŞİH rəsmisi uşaq bağçalarına qəbulun elektronlaşacağını bildirmişdi.
 
O da yadımdadır ki, “Açıq hökumətin təşviqi üzrə” Milli Fəaliyyət Proqramı müzakirə olunarkən Təhsil Nazirliyin məsul nümayəndəsi BŞİH-in nümayəndəsinə bildirdi ki, artıq Təhsil Nazirliyində də 1-ci siniflərə və məktəbə hazırlığa qəbulla bağlı oxşar informasiya sistemi qurulub və onlar bunu quruma təqdim edə bilərlər".
 
Ekspertin sözlərinə görə, BŞİH-in rəsmi saytından (əgər rəsmi sayt demək mümkünsə), dövlət bağçalarının siyahılarından belə qənaətə gəlmək olur ki, hələlik bağçalara qəbulvelektronlaşmayıb və ənənəvi qaydada aparılır.
 
"Bakı şəhərində 350-dək, ölkə üzrə 1600 dövlət tabeçiliyndə məktəbəqədər təhsil müəssisi fəaliyyət gösdtərir.
 
Maraqlıdır ki, adi bir informasiya sistemi tətbiq etməklə on minlərlə vətəndaşa, xeyli sayda ailələrə rahatlıq vermək olardı, korrupsiya risklərini sıfra endirmək olardı, rüşvət üçün imkanlar məhdudlaşdırılardı. Təəssüf ki, qərar qəbul edənlər hələlik susurlar.
 
O da maraqlıdır ki, elektron qəbul prosesini tənzimləyən təkmil bir oxşar dövlət informasiya resursu olduğu bir zamanda onun, digər bir dövlət qurumunda tətbiqi ilə bağlı, eGov sahəsində əlaqələndirici qurum olan VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi, daha yuxarı qurumlar da təşəbbüs göstərmirlər.
 
Mövcud qanunvericiliyə görə məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər.
Amma bağçada boş yerin olmadığını bilmək üçün vətəndaşa heç bir imkan yaradılmayıb.
 
Vətəndaş bağça rəhbərliyinin adi bir sözünə inanmağa məcburdur. Amma sonradan məlum olur ki, kimlərsə müxtəlif yollarla uşaqlarını bağçaya qəbul elətdirə bilirlər.
Beləliklə, mövcud qanunvericilik korrupsiya riskləri yaradır, ictimai nəzarət imkanlarını məhdudlaşdırır, dövlət nəzarətini isə indiki halda effektiv formada reallaşdırmaq mümkün deyil. Belə olan halda problemin həllinin iki yolu var.
 
Əgər bağçaların tabeçiliyi Təhsil Nazirliyinə verilərdisə, hansı ki, bu doğru addım olardı və dəfələrlə bu haqda təkliflər irəli sürülüb, Təhsil Nazirliyi özünün hazır elektron resursları vasitsilə çox qısa zamanda bu problemi həll edə bilərdi.
İkinci yol isə qanunvericiliyi dəyişməkdir".
 
Son olaraq Osman Gündüz bildirib ki, aidiyyatı qurumlar, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi “Məktəbəqədər təhsil müəssisələrinə qəbul QAYDASI” haqında Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarında “qəbulun elektron qaydada” aparılması ilə bağlı düzəliş təklifi etməklə bu problemi bir anda həll edə bilər.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

09-03-2019
“Bağça məsələsinin” görünməyən tərəfləri və ya məntiqsiz tabeçilik kimlərə sərf edir ?

“Bağça məsələsinin” görünməyən tərəfləri və ya məntiqsiz tabeçilik kimlərə sərf edir ?

05-04-2021
Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022
Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

05-06-2023
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

24-04-2019
Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020
Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

11-03-2020
Bağçalar distant formaya keçirilə bilər? - Açıqlama

Bağçalar distant formaya keçirilə bilər? - Açıqlama

30-09-2020
Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

30-01-2018
İki bağçaya elektron qeydiyyat başlayıb

İki bağçaya elektron qeydiyyat başlayıb

23-02-2024
Bu gün bağçalar üçün elektron növbə sistemi yenidən aktivləşdiriləcək

Bu gün bağçalar üçün elektron növbə sistemi yenidən aktivləşdiriləcək

15-09-2023
Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

06-06-2022
Bağçalara elektron qəbulda hansı problemlər yaşanır?

Bağçalara elektron qəbulda hansı problemlər yaşanır?

08-08-2023
Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

11-08-2023
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

29-07-2024
Bağçalarla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək

Bağçalarla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək

09-08-2023
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
Bağçalara elektron sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Bağçalara elektron sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

19-05-2025
Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayacaq

Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayacaq

25-11-2024
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

12-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə