Previous Next
Bağla

Bağçalara elektron qəbulda hansı problemlər yaşanır?

08-08-2023 14:59
Bağçalara elektron qəbulda hansı problemlər yaşanır?

Bu gün ETN tərəfindən Bakı şəhəri üzrə uşaq bağçalarına elektron qəbulla bağlı onlayn növbəyaratma prosesi keçirilib.

Prosesi kənardan müşahidə etdim. Prosesin getdiyi ilk anlarda müraciətlər çox olduğundan www.bq.edu.az sistemində yüklənmələr səbəbindən bir neçə dəfə qısamüddətli donmalar olsa da sistem dərhal da fəaliyyətini bərpa edə bilirdi.

Bildiyim qədər bu xidmətin reallaşmasında da ilk saniyələrdə on minlərlə istifadəçi müraciət edir. Sistemdə seçim üçün cəmi bir-iki addım atmaq lazım gəldiyindən adətən hazırlıqlı istifadəçi üçün bu proses təxminən 10 saniyə ətrafında yekunlaşır.
Nazirlik hələlik onlayn növbəyaratma prosesinin yekunu haqqında açıqlama yaymayıb. Düşünürəm ki, tələb-təklifin bərabər olmadığı indiki məqamda, korrupsiya və rüşvət risklərinin minimuma endirilməsi baxımından bu xidmətin elektrona çevrilməsi doğru yanaşmadır.
 
Bununla belə, sistemin təkmilləşdirilməsi, valideynlər üçün bərabər imkanların yaradılması, informasiya açıqlığı və şəffaflığın təmin edilməsi üçün aşağıdakı addımların atılmasını vacib hesab edirəm :
 
1. Qeydiyyatdan keçənlərin, bağçalardakı boş yerlərin, növbə üçün üstünlük hüququ olanların sayı və s. bu tip ictimai əhəmiyyət kəsb edən statistika öncədən açıqlanmalıdır
 
2. Üstünlük hüququ olanların bağçalarda növbədənkənar yer tutması prosesinə növbə siyahısında olan valideynlərin nəzarət edə bilməsi üçün şəxsi kabinetlərdə imkanlar yaradılmalıdır
 
3. ETN-nin valideynlərə və şagirdlərə yönəlik faydalı e-xidmətləri ( bağçalara qəbul, 1-ci sinfə qəbul, hazırlığa qəbul, şagird yerdəyişmələri və s.) üçün vahid bir DEMO versiyanın hazırlanması və daimi olaraq valideynlərin ixtiyarına verilməsi zəruridir və faydalı olardı
 
4. ETN bu tip onlayn proseslərin sosial mediada canlı yayımını təşkil etməsi də faydalı olardı
 
5. Onlayn növbəyaratma və digər bu tip seçimlərdən sonra prosesi tam xarakterizə edən geniş açıqlama verilməlidir
 
Şikayətlərin fərdi olaraq araşdırılması və yekun açıqlamanın verilməsi də doğru olardı
 
6. ETN-nin bu formada olan onlayn proseslər üçün ictimai nəzarət imkanlarnı yaratması da vacib və faydalı olardı
 
7. ETN elektron resurslarının gücünü artırmalı, bu informasiya sistemlərinin, datanın yüklənməyə tab gətirməsi üçün əlavə resurslar ayırmalı, öncədən testlər və auditlər keçirilməlidir
 
8. ETN öz xidmətlərini digər dövlət xidmətlərinə inteqrasiya etmək üçün RİNN-nin İRİA qurumu ilə birgə səylərini xeyli gücləndirməlidir. Bu istiqamətdə Nazirliyin görməli olduğu işlər çoxdur
 
Osman Gündüz, 
 
Azərbaycan İnternet Forumunun prezidenti, eskpert
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

11-08-2023
Bu gün bağçalar üçün elektron növbə sistemi yenidən aktivləşdiriləcək

Bu gün bağçalar üçün elektron növbə sistemi yenidən aktivləşdiriləcək

15-09-2023
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?

Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?

16-02-2021
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020
Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

09-03-2019
Ekspert: MİDA-nın  bütün  bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000
Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

11-03-2020
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023
Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

26-12-2019
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

16-11-2023
İki bağçaya elektron qeydiyyat başlayıb

İki bağçaya elektron qeydiyyat başlayıb

23-02-2024
Müraciətlər operativ cavablandırılır

Müraciətlər operativ cavablandırılır

10-09-2018
Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

05-06-2023
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025
Güzəştli mənzillərin satışı başlayacaq

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018
Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

25-01-2019
Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

30-01-2018
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə