Previous Next
Bağla

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019 12:55
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Xeberler.az bildirir ki, yaxın günlərdə Ali təhsil müəssisələrinə qəbulla bağlı qeydiyyat mərhələsi başa çatıb. Günümüzdə Ali təhsil müəssisələrinə qəbul prosesi, ölkədə bu sektorda elektron hökumət quruculuğunun hansı səviyyədə olmasını müəyyən etməyə imkan verir. Bəs hal-hazırda  təhsil sistemində eGov hansı səviyyədədir ?

Bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Dövlət İmtahan Mərkəzi (DİM) qəbul prosesi ilə əlaqəli çox sayda xidmətləri elektronlaşdırıb. Bu qurumda diqqət çəkən məqam həm də ondan ibarətdir ki DİM əsasən öz mütəxəssislərinin hazırladığı rəqəmsal resurslardan istifadəyə üstünlük verir. Təhsil Nazirliyində isə son dövrlərdə bu istiqamətdə bir xeyli irəliləyişlər olsa da bütövlükdə təhsil sektorunda elektronlaşma səviyyəsini yetərli hesab etmək olmaz". 

Ekspert ali təhsil müəssisələrinə qeydiyyatla bağlı bir çox məsələyə də diqqət yetirib:

"Ali məktəblərə qəbuldan dərhal sonra bütün ali təhsil müəssisələri qeydiyyatdan keçmək üçün bir xeyli kağız sənədlər tələb edir :
- DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir).
- Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti 
- Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).
- İş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adını (FİN) və s. Son zamanlar Prezident tərəfindən qəbul edilən bir sıra sənədlərdə dövlət informasiya sistemində vətəndaşa məxsus olan məlumatın yalnız bir dəfə qeyd edilməsi nəzərdə tutulur. Digər qurumlar məlumatı məhz həmin qurumun informasiya sistemindən əldə etməlidirlər. Hazırda isə göründüyü kimi təhsli müəssisələri digər dövlət qurumalrında olan məlumatları yenidən kağız formada tələb edirlər. Bu isə doğru hal deyil, həm də onun göstəricisidir ki , qurumlar arasında inteqrasiya yoxdur və təhsil müəssisələrinin elektronlaşma səviyyəsi çox aşağıdır".

Son olaraq Osman Gündüz DİM və Təhsil Nazirliyinin myGov-a inteqrasiyası haqqında məlumat verib:

"DİM və Təhsil Nazirliyinin myGov-a inteqrasiyası yoxdur. Yaxşı olardı ki, abituriyentlər nəticələrini elə myGov-dakı şəxsi kabinetlərindən əldə edə bilsinlər. Əslində myGov fəlsəfəsi də elə bunu tələb edir. Hazırda isə ali məktəbə qəbul olunanlar nəticələrini DİM saytından öyrənməyə üstünlük verirlər. DİM isə nəticələri qanunvericilikdə nəzərdə tutulduğu qaydada İnternetdə ( öz saytında -pulsuz) və həm də SMS məlumatlandırma (pullu) ilə çatdırır. SMS məlumatlandırma üçün DİM nəticələri adətən öz saytına qoymazdan qısa müddət öncədən mobil operatorlara ötürür. İstənilən halda düşünürəm ki, məlumatların eyni anda həm İnternetdə, həm SMS vasitəsilə, həm də myGov vasitəsilə açıqlamaq doğru olardı. 50 min vətəndaşın myGov-da qeydiyyatı və ondan istifadəyə başlaması gələcəkdə dolayısıyla ölkədə eGov-un inkişafina xeyli təkan verə bilər".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019
Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018
Ekspert: "Arayışlar mövsümü başlayır  "

Ekspert: "Arayışlar mövsümü başlayır "

24-09-2020
Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

18-05-2026
596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə