Previous Next
Bağla

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021 19:08
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Dövlət qurumları vətəndaşlardan ali təhsil haqqında sənədin (diplom) notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməsini tələb edir.

Bu problemin həlli üçün Təhsil Nazirliyinin diplom bazasının rəqəmsallaşdırması, bu bazanı eGov və myGov Portalına, Dövlət İmtahan Mərkəzinin sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir.

Xatırladaq ki, “Təhsil haqqında” qanuna edilən son dəyişikliyə əsasən artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.

Xeberler.az-ın Bizimyol.info-ya istinadən verdiyi məlumata görə, kiAzərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, vətəndaş onun haqqında dövlət qurumunda (Təhsil Nazirliyində) olan bir məlumatın doğruluğunu başqa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna (Ədliyyə Nazirliyinə) müraciət etməlidir, ödəniş edərək onu təsdiqlətməlidir, onun “scan” versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir.

 “Qeyd edim ki, eGov Portalında bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, Təhsil Nazirliyinin bir neçə aktiv elektron xidməti eGov portalına inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olunur.

Təhsil Nazirliyinin diplomlarla bağlı “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq bir vəziyyətdədir. Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb. Bu bazanı eGov və myGov Portalına, Dövlət İmtahan Mərkəzinin sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir.

Ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının Təhsil Nazirliyinə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur. Düşünürəm ki, Təhsil Nazirliyi tez bir zamanda diplom bazasını qaydaya salmalıdır, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır”,-deyə O.Gündüz bildirib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında dövlət sənədi veriləcək.

“Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcəkdir.

Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Qeyd edək ki, sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərin daima əlçatanlığı, digər qurumlar tərəfindən hazırlanan elektron notariat, elektron apostil kimi xidmətlərin inteqrasiyası kimi geniş imkanlar yaradacaqdır”,-deyə Təhsil Nazirliyindən bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Təhsil Nazirliyinin 2 elektron xidməti istifadəyə verilib

13-01-2015

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022

Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

06-06-2022

Təhsil müəssisələri arasında qarşılıqlı informasiya mübadiləsi necə qurulub?

04-11-2015

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

12-02-2025

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012

Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

19-05-2009

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə