Previous Next
Bağla

Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

11-03-2020 10:45
Ekspert: Uşaq bağçalarına elektron qəbul məsələsi öz həllini tapmayıb

“10 mart tarixindən etibarən ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə elektron formada şagird qəbulu başlanıb. Qəbul www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir. Bu sistemdə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaradanlar arzuladıqları məktəbləri seçə bilirlər. Valideynləri maraqlandıran bütün sualların cavabları adı çəkilən internet resursda yerləşdirilib”. 

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O. Gündüz nəzərə çatdırıb ki, indiyədək bu sistemlə qəbul yalnız Bakı şəhərində və bir sıra bölgələrdə pilot qaydada həyata keçirilirdi: “Təhsil Nazirliyinin bu elektron xidməti kifayət qədər təkmilləşdirilib və 2020-ci ildən başlayaraq bütün ölkə miqyasında tətbiqi üçün şərait yaradılıb”.

Osman Gündüz düşünür ki, qəbulun bu formada həyata keçirilməsi neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması və yeni texnologiyaların tədris prosesinin idarə olunmasında tətbiqi baxımından olduqca uğurlu bir addımdır: “Məktəbəhazırlıq qruplarına qəbul da bu sistem üzərindən elektron qaydada həyata keçirilir”

“Elektron qaydada qəbul prosesindən istifadə edə bilməyənlər Təhsil Şöbələrində yaradılan Alternativ Qəbul Mərkəzərinə müraciət edə bilərlər”-deyə ekspert əlavə edib.

Osman Gündüz diqqətə çatdırıb ki, fiber-optik bağlantısı olmayan 1000-dən çox məktəb mobil texnologiyalardan istifadə etməklə (Bakcell) internet bağlantısı yaradıb.

O. Gündüz onu da vurğulayıb ki, uşaq bağçalarına elektron qəbul məsələsi hələ də öz həllini tapmayıb: “Təhsil Nazirliyi öz sistemini bağçaların tabe olduğu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edə biləcəyini bildirsə də, Bakı Şəhər İcra Hakimiyyəti bildiyim qədər uşaq bağçalarına elektron qəbul sisteminin yenidən hazırlanması üçün sifariş verib. Hələlik bu sistemdən xəbər yoxdur”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

09-03-2019
Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020
Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

Gələn ay uşaqların bağçalara qəbulu üçün elektron qeydiyyat başlayacaq

05-06-2023
Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?

Ekspert: Uşaq bağçalarına qəbul nə üçün elektronlaşa bilmir?

16-02-2021
Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

11-08-2023
Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019
Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019
“Bağça məsələsinin” görünməyən tərəfləri və ya məntiqsiz tabeçilik kimlərə sərf edir ?

“Bağça məsələsinin” görünməyən tərəfləri və ya məntiqsiz tabeçilik kimlərə sərf edir ?

05-04-2021
I sinfə elektron qəbul başladı-Video

I sinfə elektron qəbul başladı-Video

15-03-2017
İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024
Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

24-04-2019
Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024
Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022
I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018
 I sinfə elektron qəbul davam edir

I sinfə elektron qəbul davam edir

19-09-2016
Müraciətlər operativ cavablandırılır

Müraciətlər operativ cavablandırılır

10-09-2018
Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

05-03-2015
Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019
I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017
İki bağçaya elektron qeydiyyat başlayıb

İki bağçaya elektron qeydiyyat başlayıb

23-02-2024
Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019
Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır

Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır

26-09-2024
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

18-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə