Previous Next
Bağla

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

16-05-2022 08:26
Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

"Avroviziya 2022" yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünür.

Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb.

O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.

Qarşı tərəf, "Avroviziya 2022" təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama veriblər.

Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.

Kimdir günahkar?

Düşünürəm ki burada üç mümkün variant ola bilər :

1. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə bu tip hallarda nəticələr nəzərə alınmır.

3. Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər.

Nə etməli?

AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib.

Münsiflər heyəti isə bunu təkzib edir.

Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi , münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022

"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

23-11-2022

“Milli Net 2014”ün münsifləri bilindi

17-10-2014

NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019

Milli Net Təşkilat Komitəsinin açıqlaması

06-12-2011

"MilliNet"in münsifləri ilə görüş keçiriləcək

24-10-2025

Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

22-05-2018

NETTY2019 nominantları müəyyən edilib

03-06-2019

ITV cəzalandırıla bilər

18-09-2009

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu

20-11-2015

Nar NETTY-2018 -ə dəstək olub

16-04-2018

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015

Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub

15-07-2025

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019

NETTY 2016 nominantları müəyyən edilib

10-05-2016

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

Ekspert : "Məhkəmələr İT sahəsinə uyğun nümayəndələr göndərsinlər"

12-11-2018

Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

21-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə